Ebola bu ölkəyə də çatdı - Ölən var

  • 2019-06-12 18:52:19
  • |
  • Dünya /

Ebola bu ölkəyə də çatdı - Ölən var

Bir neçə gün əvvəl Konqo Demokratik Respublikasından ailəsi ilə Uqandaya gəlmiş 5 yaşlı uşaq Ebola virusuna yoluxduqdan sonra vəfat edib.

Hurriyyet.org Trend-ə istinadən bildirir ki, bu, Uqandada Eboladan qeydə alınmış ilk ölüm halı olub.

Həmin uşaq ötən gün yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, bu günədək Konqo DR-da Ebola virusuna 2071 yolxuma halı qeydə alınıb. Yoluxanlardan 1396 nəfər ölüb, 575 nəfər sağalıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA