“Ebru Gündəşi Bakıya gətirəcəyəm” demişdi - 8 il iş aldı

“Ebru Gündəşi Bakıya gətirəcəyəm” demişdi - 8 il iş aldı

200 min dollar pul alıb, lakin vədinə əməl etməyib...

Dələduzluqda təqsirləndirilən “Velizadə prodakşn”ın rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hurriyyet.org aznews.az-a istindən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Tural Vəlizadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Velizadə prodakşın”ın rəhbəri T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.

Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib konsert təşkil edəcəyi vədini verib.

T.Vəlizadə, ümumilikdə, həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.

Xatırladaq ki, T.Vəlizadə “Velizadə prodakşn”ın rəhbəri olmaqla yanaşı, müğənnilik də edirdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA