Çeçen qadın İŞİD-ə qoşulmağından danışdı: "Əvvəl qorxurdum, sonra xoşuma gəldi"

  • 2019-03-22 18:04:17
  • |

Çeçen qadın İŞİD-ə qoşulmağından danışdı: "Əvvəl qorxurdum, sonra xoşuma gəldi"

Çeçen qadın Layla Qazıyeva "İraq-Şam İslam Dövlət" (İŞİD) adlı terrorçu qruplaşmaya necə qoşulmasından danışıb. Başına gələnləri "Reuters"ə açıqlayan Laylanın sözlərinə inansaq, o, təsadüfən gedib onların arasına düşüb.

Hurriyyet.org Bizimyol.info-ya istinadən xəbər verir ki, Layla Qazıyeva 17 yaşı olanda Çeçenistandan Fransaya qaçıb. Deyir ki, öz ölkəsindəki zorakılıqlara görə Çeçenistanı tərk etmək məcburiyyətində qalıb. O, 2005-ci ildə həyat yoldaşından boşanıb. Səbəb isə ərinin dinə münasibəti olub. Bundan sonra Layla sosial şəbəkələrdə tanış olduğu daha bir neçə qadınla birlikdə Türkiyəyə səyahətə gedib. Üç uşağını isə Fransada, ərinin yanında qoyub. Ona deyib ki, qısamüddətli ezamiyyətə gedir.

"Türkiyədə olanda yol yoldaşlarım sahil boyunca gəzməyi təklif elədilər. Gəzdirdik, bir də ayıldım ki, Suriya ərazisindəyik. Həmin ərazi də İŞİD-in nəzarətində idi. Mən hara getdiyimizi çox gec başa düşdüm", - çeçen qadın belə deyir.

Bir neçə ay sonra Layla İŞİD-in döyüşçüsü olan bir çeçenə ərə gedib, birlikdə İraqın mosul şəhərinə gəliblər. Orada onun bir oğlu dünyaya gəlib.

Qadının dediyinə görə, əvvəl çox qorxurdu, amma zaman keçdikcə döyüşçülərin arasında yaşamaq onun xoşuna gəlməyə başlayıb. Qazıyeva və ərinə yaşamaq üçün İraqda yaxşı ev veriblər, onları qida və tibbi xidmətlə təmin ediblər: "Sanki Fransadakı kimi yaşayırdım. Dini ayinləri yerinə yetirməyimə də maneə yox idi".

Oğlu dünyaya gələndən az sonra onun ərini öldürüblər. Dul qalan Qazıyeva İraqın şimal hissəsinə - döyüşlərdən daha uzaq yerlərə köçüb. 2017-ci ilin avqustunda İraq ordusu Mosulu terrorçulardan azad edib, onların ölkənin şimalındakı nöqtələrinə hücum etməyə başlayanda bir çox terrorçuların arvadları kimi, Qazıyeva da Türkiyə istiqamətində qaçıb: "Türkiyə sərhədi yaxınlığındakı ərazilərə nəzarət edən kürd döyüşçülər bizə sərhədi keçirəcəklərinə söz vermişdilər. Amma son nəticədə bizi təslim olmağa məcbur edib, İraq hökumətinə verdilər".

Bundan sonra 2000-ə qədər qadın və uşaqla birlikdə Qazıyeva da İraq həbsxanasına düşüb və 2018-ci ildə ona ömürlük həbs cəzası verilib. Nə qadının özü, nə də övladı Fransa vətəndaşı deyil. Ona görə də Çeçenistanda doğulub böyüdüyünü nəzərə alıb, ancaq Rusiyanın köməyinə ümid edə bilər.

"Reuters"in məlumatına görə hazırda İraq həbsxanalarında 1000-dən çox uşaq var, onların 185-i 9-18 yaşı olanlardır. Cəzaçəkmə müəssisələrindəki ağır şəraitə görə son illərdə orada 7 uşaq ölüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA