Çeçen sürücü avtobusu Putinin iqamətgahına çırpdı - Dərhal əraziyə silahlı qrup göndərilib, məlum olub ki...

  • 2019-02-22 10:09:08
  • |
  • Region /

Çeçen sürücü avtobusu Putinin iqamətgahına çırpdı - Dərhal əraziyə silahlı qrup göndərilib, məlum olub ki...

Fevralın 21-də, səhər saatlarında Rusiya prezidenti Vladimir Putinin rəsmi iqamətgahı -Mayendorf malikanəsinin yerləşdiyi Barvixa qəsəbəsində avtobus qəzası baş verib.

“Rosbalt” agentliyi xəbər verir ki, 23 yaşlı Çeçenistan vətəndaşının idarə etdiyi marşrut avtobusunun əyləc sistemində problem yaranıb və avtobus qəsrin darvazasına çırpılıb.

Dərhal xüsusi silahlandırılmış mühafizə dəstəsi tərəfindən mühasirəyə alınan sürücü yazılı ifadə verib. Araşdırmalardan sonra, adının İdris olduğu bildirilən sürücü evə buraxılıb. Hadisə zamanı avtobus boş olub.

“Rosbalt” xatırladır ki, Mayendorf malikanəsi Rusiya prezidentinin İşlər İdarəsinin balansındadır. Malikanədə rəsmi görüşlər keçirilir.

Yeri gəlmişkən, qeyd edək ki, 2008-ci il noyabrın 2-də Mayendorf malikanəsində Azərbaycan, Ermənistan və Rusiya arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deklarasiya imzalanıb və həmin sənəd “Mayendorf deklarasiyası” adını alıb./strateq.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA