Əcnəbi vətəndaşdan pul oğurlayan qadın tutuldu

Əcnəbi vətəndaşdan pul oğurlayan qadın tutuldu

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə oğurluqla bağlı müraciət daxil olub.

Polis əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da əcnəbi vətəndaş T.Çodrinin 900 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Rəhimova tutulub.

Faktla bağlı araşdırmalara başlanıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA