Eden Hazard rəsmən “Real”da!

  • 2019-06-08 10:00:07
  • |
  • İdman /

Eden Hazard rəsmən “Real”da!

İspaniyanın “Real” klubu növbəti transferini rəsmiləşdirib.

Hurriyyet.org xəbər verir ki, Madrid təmsilçisi İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Hazardı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belçikalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. 28 yaşlı oyunçu tezliklə Madridə gələcək və tibbi müayinədən keçəcək.

Müqavilə şərtləri açıqlanmasa da, mətbuatda bu transferin “Real”a 100 milyon avroya başa gəldiyi yazılır.

Hazard 2018/19 mövsümündə Premyer Liqada 37 oyuna 16 qol vurub, 15 məhsuldar ötürmə verib. O, Avropa Liqasının Bakıda baş tutan və "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında dubla imza atıb. Həmin oyun sözügedən futbolçunun “Çelsi”dəki son matçı olub.

Qeyd edək ki, peşəkar karyerasına 2007-ci ildə Fransa "Lill"ində başlayan Hazard 2012-ci ildən "Çelsi"də çıxış edirdi. O, kapitanı olduğu Belçika millisində 100 oyuna 30 qol vurub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA