Şehiç ən çox seyv edən qapıçı oldu - ÇEMPİONLAR LİQASI

Şehiç ən çox seyv edən qapıçı oldu - ÇEMPİONLAR LİQASI

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ən çox seyv (qol qurtarışı) edən qapıçılarının adlarını açıqlayıb.

Hurriyyet.org bildirir ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç sıyahının ilk pilləsində qərarlaşıb. Bosniya və herseqovinalı qapıçı 35 qurtarış edib. Bu siyahıda Yasmin Handanoviç ("Maribor, 32 seyv) ikinci, İqor Akinfeev (SSKA, 29) üçüncü olub. Andrey Pyatov ("Şaxtyor", 25) dördüncü, Silvio Proto ("Olimpiakos", 24) beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, İ.Şehiç 2013-cü ildən "Qarabağ"ın şərəfini qoruyur.

Hurriyyet.org

  • Hamısı
  • Loading...