Şəhid anası Prezidentə müraciət etdi - 11 min manatlıq müavinəti vermirlər

  • 2019-05-21 13:07:07
  • |
  • Sosial /

Şəhid anası Prezidentə müraciət etdi - 11 min manatlıq müavinəti vermirlər

Şəhid anası 11 min manat bidəfəlik müavinəti ala bilmir.

Şəhidin anası Hüseynova Şamama Şahmar qızı bildirir ki, oğlunun şəhid statusu olsa da, onun adı müavinət alacaq şəxslərin siyahısında çıxmayıb:

"Oğlum Məmmədov Müşfiq Nadir oğlu Şuşa Şəhər Mühafizə Polisinin əməkdaşı olub. O, Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidlərlə bağlı dövlətin nəzərdə tutduğu bütün güzəşt və imtiyazlardan yararlanırıq. Prezidentin sərəncamı ilə şəhid ailələri üçün 11 min manatlıq müavinət verilməsi nəzərdə tutulur. Əvvəllər şəhid olan polislər üçün bu müavinət nəzərdə tutulmasa da, son dəyişikliklə bizim kateqoriyadan olan ailələrə də bu müavinətin verilməsi nəzərdə tutulur. Amma şəhid ailələrinin siyahısında bizim adımız çıxmadı.Biz Daxili İşlər Nazirliyinə müraciət etdik .Nazirlik cavab verdi ki, belə bir şəxs bizim şəxsi heyətdə çalışmayıb. Faktiki olaraq, mənim oğlumun bütün sənədləri var. Mənə bildirirlər ki, məhkəməyə müraciət edin”.

Şikayətçi onu da bildirib ki, Bərdə rayon Məhkəməsinə müraciət edib: “Ordan da bildirirlər ki, gedin nazirlikdən rədd cavabı alın. Biz də çarəsiz qalmışıq. Bütün dövlət qurumları bir-birinin üstdə atır. Mən bir şəhid anası ölkə başçısı cənab İlham Əliyevə və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edirəm ki, mənə köməklik göstərsinlər. Biz şəhid ailəsi olduğumuz halda şəhidlər üçün nəzərdə tutulan müavinəti ala bilmirik"./unikal.org/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA