Şəhidin xanımına belə göz dikib - "Kedicik"dən şok etiraf

  • 2019-02-10 15:40:35
  • |
  • Dünya /

Şəhidin xanımına belə göz dikib - "Kedicik"dən şok etiraf

İki il gizli təqiblərdən sonra 190 müridi ilə birlikdə həbs edilmiş türkiyəli ilahiyyatçı Adnan Oktarın "kedicikləri"ndən biri Bəril Qönçəgül etirafçı olaraq 9 il əsir həyatı yaşadığını açıqlayıb.

Bəril Qönçəgül Adnan Oktarın evində hər gün təcavüzə məruz qaldıqlarını söyləyib.

1989-cu il təvəllüdlü "kedicik" fizika ixtisası üzrə təhsil aldığını və xaricdə magistr pilləsində təhsilini davam etdirməyi düşünsə də, 2010-cu ildə təsadüfən təşkilata üzv olduğunu deyib: "Adnan Oktar məni reklam çəkilişlərində görmüşdü. O kimisə görür, sonra onu alır..."

Onun sözlərinə görə, 2014-cü ildən tutulduqları vaxtadək Adnan Oktarın yanında yaşayıb: "5 dəfə qaçmağa çalışmışam, amma 60 silahlı mühafizəçi, yüzlərlə kamera vardı, bacarmadım. Ailəmizin acından öləcəyi ilə bizi təhdid edirdi. Biz də “nə olacaqsa, bizə olsun deyib" susmağa məcbur olmuşduq".

Bəril Qönçəgül Adnan Oktarın evində 18 qadın saxlanıldığını söyləyib: "Hər gün səhər oyanıb makiyaj edib, geyinib, aşağı düşməli idik. Geyim deyəndə yarıçılpaq nəzərdə tutulur. Bizi döyər, söyər, başımızdan aşağı yemək tökər, təhqir edib zorla cinsi əlaqəyə məcbur edərdi. Bunları yaşayan qadınlar onsan üzr istəməli, "sevgilim", "aşkım" deyə xitab etməlisən. Bu manyak Ankarada böyüyüb. Kiçik yaşlarında həmişə barların qarşısına gedirmiş, bar qadınlarının portreti bunun beyninə girib və hamımızı o qadınlara bənzədirdi. Bəlli bir neçə həkimlər var, adları gizli saxlanılır, estetik əməliyyatları həmin həkimlər edirdi. “Mən istəmirəm” deyə bilməzsən”.

O qeyd edib ki, Adnan Oktar nəinki qadınları, uşaqları da istismar edib: “Qadının 7 yaşından sona cinsi əlaqəyə girə biləcəyini deyirdi. Uşaqlara mini ətək geyindirib təcavüz edirdi. Televizora baxanda xəbərlərdə şəhidin tabutunu qucaqlayan qadın və yanında uşağı görüb bəyənirdisə, “ onu mənə gətirin” deyə əmr edirdi. Bu, bir insanın ağlına necə gələ bilər?!”

Qeyd edək ki, AdnanOktar azyaşlı qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması və cəsusluqda ittiham olunur.\\Teleqraf.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA