Şəki teatrı 1976-1980 illərdə...

Şəki teatrı 1976-1980 illərdə...

(I məqalə)

Şəkidə yeni Dövlət Dram Teatrının açılışı haqqında “Vışka” qəzetinin 2-si iyul sayının birinçi səhifəsində “Şəki teatrı pərdələrini acdı” başlıqlı yazı dərç olundu.

Bu gün ”Böyük Azərbayçan dramaturqu Mirzə Fətəli Axundovun vətənində, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının təntənəli acılış mərasimi kecirilmişdir. Açılışda Azərbayçan komsomolunun 1920-ci illərdə göstərdikləri qəhrəmanlıqlardan bəhs edən Səməd Vurğunun eyni adlı əsəri əsasında İsgəndər Çoşğunun səhnələşdirdiyi “Komsomol poeması” əsəri nümayiş olunmuşdur. Tamaşanın alınmasında M. A. Əliyev adına Azərbayçan Dövlər İnçəsənət İnstitutunun təyinatla Şəkiyə gəlmiş tələbələrinin böyük zəhməti olmuşdur. Tamaşanın bədii rəhbəri-Vaqif Abbasov, rejissor-Hüseynağa Atakişiyev, rəssam-Qüdrət Məmmədov, musiqisi Lenin Komsomolu laureatı bəstəkar Emin Sabitoğlu idi. İlk tamaşada-Aydın Əlibalayev, Novruz Cəfərov, İbrahim Əliyev, Ağarəfi Rəhimov, Fərman Abdullayev, Nəbi Qədirov, Xanlar Həşimzadə və başqaları çıxış edirdilər. Teatrın təntənəli acılış mərasimində Şəki şəhər Partiya komitəsinin birinci katibi Sadıq Murtuzayev, Respublikanın Mədəniyyət Naziri Zakir Bağırov, əslən Şəkili olan SSSR xalq xalq artisti İsmayil Dağıstanlı və Respublikanın başqa bölgələrindən dəvət olumuş qonaqlar cıxış edərək teatra yaradıçılıq uğurları arzuladılar... Yaxın günlərdə şəkililər və şəkiyə yaxın rayon və kəndlərin teatrsevərləri M. F. Axundovun “Haçı Qara”, Sabit Rəhmanın “Nişanlı Qız” və başqa tamaşalara baxa biləçəklər”. Teatrın baş rejissoru Vaqif Abbasov və Hüseynağa Atakişiyev demək olar ki, hec dinçəlmirdilər. Qızğın məşqlər gedirdi. Səhnədə hər bir iş əllə görülürdü. Məkanların və rekvizitlərin dəyişdirilməsi cox uzun vaxt tələb edirdi. Amma bütün bu cətinliklər baxmayaraq hamı yalnız bir amalla yaşıyırdı...Teatr...Teatr...Teatr... Teatrın Üc tamaşası haqqında tənqidci Əsəd Məmmədov “Ədəbiyyat və İnçəsənət”qəzetinin 1976 –cı ilin 16 oktyabr saylı qəzetində yazirdı:

TANIŞLIQ

Başı qarlı dağların ətəyindı, yaşıllıqlar arasında yerləşən şəhər. Onun özünə məxsus gözəlliyi, çazibəsi vardır. Coxmərtəbəli mehmanxananın eyvanından baxanda yaşıllıqlar arasıda göbələk papaqlarına bənzəyən qırmızı kirəmidli damlar qızarır. Şəki bir növ amfiteatrı xatırladır. Gözəl mənzərədir. İmpressionist fırcasına layiq bir mənzərə... Bura Şəkidir. Şəkidə yeni teatr acılıb...

...Rejissor köməkcisi aktyorların məşqə toplaşdıqlarını xəbər verir. Mən qəribə maraq hissi ilə, baş rejissor Vaqif Abbasovun ardınca məşq otağına yollanıram. Hələ teatrın uzanıb gedən ensiz dəhlizləridə ikən, beynimdə bir fikir fırlanır:mərkəzi teatrlarda rast gəldiyim məşqlərə bənzəyəçəkmi? Axı, böyük dramatuqumuz Sabit Rəhmanın adını daşıyan Şəki Dövlət Dram Teatrı hec bir il deyil ki, fəaliyyət göstərir...

Məşq otağına girəndə mənə elə gəldi ki, icəridə adam coxdur. Doğrudan da divar boyu düzülmüş stullarda xeyli aktyor əyləşmişdi. Truppa Anarın “Adamın adamı ”komediyası üzərində işləyirdi. Güclü satira pafosuna malik bu əsər aktyorlar tərəfindən elə ilk oxunuşda diqqəti cəlb etdi. Bu pyeslə müəllifin “Qaravəlli” əsəri arasında bir oxşarlıq vardı. Burada da xalq məzhəkələrindən süzülüb gələn bədii üslublara güclü meyl duyulurdu. İstər dünya teatr mədəniyyətindən məlum olan komedyalarının, istərsə də bizim milli, xalq məzhəkələrindən biri-obraz-maska yazıcının bu komedyasında da müsirliyə uyğun, yəni ənəndən yadıcılıqla istifadə edilməklə işlənmişdir. Və təsadüfi deyldir ki, tamaşanın rəssamı Qüdrət Məmmədov da məhz müəllifin irəli sürdüyü prinsipi əldə rəhbər tutmuş, geyim eskizlərində obraz-maska xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir.

Teatr tamaşasına musiqi bəstələyən Emin Sabitoğlunun qarşısında, bu mənada böyük vəzifə qoymuşdur. Çünki musiqi burada müşayət edici xarakter daşımalı, əksinə, az qala hər tipin-iştirakcının daxili aləmini acan bir ifadə vasitəsinə cevrilməlidir. Əsərin quruluşçu rejissoru Hüseynağa Atakişiyev bir dəfə söhbət zamanı bildirdi ki, istər bütöv tamaşanın, istərsə də ayrı-ayrı personajların obrazını tapmaqdan ötrü zahiri əlamətlərdan başlayıb dərinə getmək lazımdır. Cünki, əsərin üslubu başqadır: özü də psixaoloji komediyadan fərqlənir. Elə buna görə də təxminən ilk məşqlərdən Hüseynağa Atakişiyev aktyorlarla fiziki vəziyyətləri müəyənləşdirməyə can atırdı...

Teatrda hamı professional deyil, ixtisas təhsili görməyiblər. Bəziləri xalq teatrından gəlib, bıziləri isə həvəskarlardırlar. M. A. Əliyev adına İncəsənət İnstitutunun iki buraxılış kursundan burada çalışanları barmaqla saymaq olar. Lakin teatrın rəhbərliyi ilk gündən ruhdan düşməmiş, əksinə, ümidini səhnə sənətini çox sevən Şəki camaatına bağlamışdır. Belə ki, yerli mətbuat orqanı vasitəsilə verilmiş elan nəticəsində xeyli adam teatrda işləmək arzusunda olduğunu bildirmişdi. Kimin qalıb-qalmayacağını isə teatrın təşkil etdiyi müsabiqə müəyyənləşdirmişdi. İndiki truppa belə yaranmışdır. Deməli məşq prosesinə nəinki hamının qoşulması, hətta dublyorların “ikinci” sırada yer tutmaları da sırf pedaqoji məqsəddən irəli gəlmişdir. Əsərin iseya istiqamətinin ana xəttinin, ali məqsədinin, janr və üslubunun aydınlaşdırılmasından, bir sözlə, hər gün professional aktyorun kecdiyi yolun təkrarən kecilməsindən ötrü teatr bütün yaradıcı qüvvələrini məşq ətrafında toplayır. Bu Şəki teatrının yaradıçılıq “sirlər”indən biridir.

Nəhayət, xüsusi aktyor təhsili görməmiş gənclərdən bu sənətə dərindən yiyələnmək ehtirası adamda hörmət hissi doğurur, Teatrın belə gənclər üçün yaratdıqları əsl yaradıcılıq şəraitindən söz acmağa dəyər.

STUDİYA

Bu başlığın əvəzində “Teatrın ikinçi sirri”sözlərini də yazmaq olardı. Çünki aktyor studiyasında keçirilən məşğələlərin müsbət nəticəsini axşamki tamaşa zamanı görmək çətin deyil. O biri tərəfdən, aktyor studiyada qeyri-rəsmi xarakter daşıyır. Yəni bunlar, ökəmizin böyük teatrlarındakı kimi, rəsmən dövlət tərəfindən təşkil edilməmiş, teatr özü studiyaya dərin ehtiyac duyduğundan bu işi İncəsənət İnstitutunun məzunları İbrahim Əliyevə və Hüseynağa Atakişiyevə tapşırılmışdır. İbrahim “səhnə hərəkəti” bölməsinə başcılıq edir. Bu bölmədə məşğul olanlar səhnə plastikasının sirlərinə, eləcədə “səhnə döyüşünə” yiyələnirlər.

“Proqramı” ali təhsil məktəbin aşağı kursunda kecilən dərslərə uyğundur. Məşğələlər cox maraqlı aparılır. “Şagirdlər” özləri məşğələnin səmərəli və çiddi şəkildə “tədris”inə şərait yaradır, həvəs və enerji ilə işə girişirlər. Söz yox ki, bütün bunlar asanlıqla başa gəlmir. İdman paltarları tərdən kürəklərinə yapışmış “uşaqlar” məşğələnin sonunda sanki ciyinlərindən ağır yük götürülmüş kimi rahat nəfəs alırlar...

Hüseyağanın “aktyor sənəti” və “səhnə danışığı”-nı birləşdirən bölməsi də öz növbəsində maraq doğurur. Aktyor texnikası bir yana qalsın, nitq mədəniyyəti hələ aşağı səviyyədə olanlarla, yerli ləhçədə danışanlarla burda dil üzərində əsaslı yaradıçılıq işi aparılır. Həmçinin etüdlərin rəngarəgliliyinə, məzmunluluğuna və kamilliyinə xüsusi diqqət yetirilir. Onlara qarşı tələbkarlıqla yanaşılır. Kollektiv bu məşğələlərə o dərəcədə əhəmiyyət verir ki, ücünçü dərəcəli aktyolar belə (Fərman Abdullayev, Xanlar Həşimzadə ) studiyada məşğələlərə davam edirlər. Şəki teatrı gənçlik həfəsi ilə yaşayan kollektivdir. Onun bədii rəhbərindən tutmuş kütləvi səhnə iştirakcısına qədər, hamı bu ehtirasla, qədim sənətin gənçlik cağını yenidən yaşadırlar. Lakin gənçlər arasında “köhnə qvardiyaçılar” Şəkidə teatr sənətinin inkişafı naminə uzun müddət calışanlar da vardır.

“YUNİS DAYI” VƏ BAŞQALARI

O, teatra yeniyetmə dövründə Ağdamda qədəm basıb. Yaxşı səsi, oxumaq qabiliyyəri məşhur aktyor Əhməd Ağdamskinin nəzərini çəlb etdiyindən Yunis Ağdamski Qaflan Muradov və Heydər Şəmsizadə olan truppada oxumağa başlayıb.

Yunis dayının gümanına gəlməzdi ki, Bakıda dram teatrında işlədiyi illərdə öyrəndiyi butafor sənəti indi-1976-çı ildə Şəki teatrında ona gərək olaçaq.1933-çü ildən Şəki teatrında işləyən, hətta teatr müxtəlif illərdə bağlandığı zaman buranı tərk etməyən Yunis dayı indi də böyük həvəslə gənçlərlə ciyin-ciyinə calışır. Respublikanın əməkdar artisti Məmmədkəbir Haçıoğlu ilə görüşə bilmədim. Qocaman aktyor zəiflədiyindən teatra az-az gəlir. Haçıoğlu 30-çu illərdən taleyini professional səhnəyə bağlamış, müxtəlif səpkili obrazlar yaratmış, bir sıra əsərlərə quruluş vermişdir. Onun sənət dostu, hazırda Şəki teatrında aktyor işləyən Mustafa Əhmədzadə Haçıoğlunun oynadığı rollardan-Məşədi İbad (“O olmasın bu olsun”), Soltanbəy (“Arşın Mal Alan”), Kərəmov (“Toy”) haqqında iftixarla danışdı.

M.Əhmədzadə öz sənət yolu barədə isə təvəzökarlıqla məlumat verdi. Həmişə kicik rollarda cıxış edən, “Vaqif”də Təlxək, “O olmasın bu olsun”da Hambal, “Arşın mal alan”da Vəli, “Durna”da Dursunu oynayan M.Əhmədzadə indi də öz yaradıcılıq dəsti-xattinə sadiq qalmışdır.

Yaşlı aktyorların fəaliyyəti, şübhəsiz, teatrın həyatında müsbət rol oynayur, onların teatra vurğunluğu, sənət yollarında fədakarlığı gənclərə nümunədir. Yəqin bu da Şəki teatrının üçünçü “sirri”dir...

Hikmət NƏBİLİ,

Əməkdar Mədəniyyət işçisi.

Loading...

QALEREYA