Şəkidə ağır qəza: xəsarət alanlar var

Şəkidə ağır qəza: xəsarət alanlar var

Şəki rayonunda yol qəzası baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tural Əhməd oğlu Səmədovun idarə etdiyi 55-BA-050 dövlət qeydiyyatı nişanlı "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq qarşıdan gələn 55-BO-086 dövlət qeydiyyatı nişanlı "VAZ-21099" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində sürücü də daxil olmaqla 2 nəfər xəsarət alıb. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyəti kafi olaraq qiymətləndirilir.

Qəzanın kəskin duman və yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA