Şəkidə xəsarət alanların son vəziyyəti AÇIQLANDI

  • 2019-07-15 10:27:31
  • |
  • Aktual /

Şəkidə xəsarət alanların son vəziyyəti AÇIQLANDI

Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların hazırkı vəziyyəti açıqlanıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Şəki Mərkəzi Rayon Xəstəxanasında olan Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağır, Elxan Məmmədovun (onurğanın qapalı travması) isə vəziyyəti orta-ağırdır.

Həmçinin Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədov (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasan (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) isə vəziyyətləri ağır stabildır. Həyati təhlükələri yoxdur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz