Ekskavator Vəlvələçaya aşdı - Sürücü hələ də tapılmayıb...

Ekskavator Vəlvələçaya aşdı - Sürücü hələ də tapılmayıb...

Quba rayonunda bədbəxt hadisə baş verib.

Hurriyyet.org FHN-ə istinadən xəbər verir ki, Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavator aşıb. Nəticədə sürücü suya düşüb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.​

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA