Elçin Quliyevin bayraq altında gizlətdiyi yalan!

  • 2019-06-20 17:23:39
  • |
  • Ölkə /

Elçin Quliyevin bayraq altında gizlətdiyi yalan!

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quluyevin bayraq paradı son günlər gündəmi zəbt edib. Hansı ki, bununla bağlı mediada və sosial şəbəkələrdə fərqli fikirlər yer alır. Odur ki, media təmsilçisi olaraq bu məsələ haqda kiçik araşdırma aparmağımızı özümüzə borc bildik.

Öncə onu qeyd etməliyik ki, sərhədboyu dalğalandırılan beş kilometrlik bayrağımızın qürurunu bizlərə doyasıya yaşatdığına görə generala təşəkkür də düşür. Amma elə bu fikirlə çıxdığımız yolda generalın bayraq yalanı ilə üzləşməyimiz bizi məyus etməyə bilməzdi. Çünki hörmətli generalın dövlət bayrağımıza bürünməsinin vətənpərvərlikdən yox, şəxsi biznes maraqlarını ört-basdır etməsindən qaynaqlandığını gördük. Belə ki, baş sərhədçimizin rəngini şəhidlərimizin qanıyla boyayan möhtəşəm görünüşlü bayrağımızın əzəməti altında gizlətdiyi saxta vətənpərvərlik üzə çıxdı! Aydın oldu ki, bu məsələdə hansısa məmurların “PALID” kölgəsində qohum əqrəbası və əyanları ilə zövq-səfa içərisində yaşama ehtirasları, mülkiyyət sahibi olma arzusu doğma el-obalarını tərk edərək, həyatlarının qalan hissəsini Xaçmazın Palıdlı kəndındə qazanmaq istəyən, sadə və çarəsiz insanların istismar olunması, kölə vəziyyətinə salınmasıyla nəticələnib.

Vətən öz sərhədləri ilə vətəndir!Vətən vətəndaşı ilə vətəndir! Sərhədboyu bir çox ərazilərdə vətəndaşları qanuni mülkiyyət hüququndan məhrum edərək, onları qul kimi işlətməklə vətənpərvərlik anlayışını bir araya sığdırmaq istəyən Elçin Quliyev, əslində, quldar təfəkkür kimliyini Azərbaycan bayrağı altında gizlətmək istəyir! Prezidentin etimadını qazandığını hesab edən və bu çətir altında gizlənən general ölkə başçısının tapşırığını yerinə yetirərkən də quldar təfəkkürünün əsarətində olduğunu bir daha nümayiş etdirmişdir.

Belə ki, Xaçmaz rayonunun Palıdl kəndində məskunlaşmaq üçün orada Azərbaycan vətəndaşlarının yerləşdirilməsinə göstəriş vermiş Prezidentin sosial və demoqrafik istiqamətdə atdığı təqdirəlayiq addımına kölgə salan general, demək olar ki, bir kəndi və sakinlərini “PALIDLI MMC” adı altında özəlləşdirmişdir.

“Bayrağa sədaqət rəhbərə sədaqətdir” deyən Elçin Quliyev Palıdlı kənd sakinlərini torpaq sahəsi və evlə təmin etməmiş, əksinə bu kəndi MMC-yə çevirərək Prezidentə yalan danışmışdır. Bu təfəkkürdə olan birisi heç vaxt xalqın, millətin generalı ola bilməz və bunu gözləmək də sadəlövlük olardı...

Gündəlik qayğıların girdabında əziyyət çəkən kənd camaatı mülkiyyət hüquqlarını müdafıə etmək üçün Xaçmaz rayonunun problemlərini həll etmək iqtidarinda belə olmayan, ömrünün sonlarını nəvə-nəticələri ilə keçirən icra başçıcına müraciətləri də cavabsız qalıb. Aldıqları cavab bu olub: “Elçin Quliyev böyük adamdır, işinizlə məşğul olun”.

Bütün bunlara baxmayaraq, Palıdlı kənd camaatı E.Quliyevə, onun yaxın qohum-qardaşı - Mahir, Nazim Quliyevlərlə mubarizə aparacaqlarını və Prezidentin də köməkliyi ilə bu mübarizədə qalib gələcəklərinə inanırlar.

Cəsur MƏMMƏDOV

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA