Eldar Mahmudovun bacanağı da AzTV-dən çıxarıldı

Eldar Mahmudovun bacanağı da AzTV-dən çıxarıldı

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) daha bir ciddi kadr islahatı baş verib.

Hurriyyet.org bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, kanalın sədr vəzifəsini icra edən Rövşən Məmmədov Mədəniyyət kanalının müdir müavini Nadir Axundovu işindən azad edib.

AzTV-nin yeni sədr əvəzi Nadir Axundovun yerinə tanınmış aparıcı Emil Şahzadəni təyin edib.

Xatırladaq ki, Nadir Axundov Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovla bacanaqdır.

Məlumat üçün bildirək ki, N.Axundov AzTV-də əsas söz sahiblərindən və toxunulmaz şəxslərdən biri olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA