“Elə etməliyik ki, bütün xammal daxildə istehsal olunsun” - İLHAM ƏLİYEV

“Elə etməliyik ki, bütün xammal daxildə istehsal olunsun” - İLHAM ƏLİYEV

“Biz çalışmalıyıq və çalışırıq ki, qeyri-neft ixracını artıraq”.

Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında xalçaçılarla görüşü zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, xalçaçılıq sənətinə çox böyük maraq var:“Ölkəmizin dünyada təbliği işində xalçaçılıq bəlkə də ən öndə gedən sənətlərdən biridir. Eyni zamanda, xalçaçılıq sənəti iqtisadi cəhətdən də ölkəmizi gücləndirir. Çünki bu, ixrac məhsuludur. Biz çalışmalıyıq və çalışırıq ki, qeyri-neft ixracını artıraq. Əlbəttə ki, ilk növbədə, sənayenin, kənd təsərrüfatının, eyni zamanda, xalçaçılığın inkişafı bizə belə bir imkanlar yaradacaq. Biz, eyni zamanda, Sumqayıtda əyirici-boyaq fabrikinin açılışına da hazırlaşırıq. Yəni, elə etməliyik ki, bütün xammal daxildə istehsal olunsun. Boyalar, iplər, hətta bütün dəzgahlar, yun tədarükü olacaq. Ona görə bugünkü hadisə çox böyük məna daşıyır. Biz gərək xalçaçılığı bərabər qoruyaq”.

  • Hamısı
  • Loading...