Elektron siqaret yasaqlandı - 6 ay həbs cəzası veriləcək

Elektron siqaret yasaqlandı - 6 ay həbs cəzası veriləcək

Hurriyyet.org xəbər verir ki, Hindistanın maliyyə naziri Nirmala Sitharaman deyib: “Kabinet elektron siqaretlərin qadağan edilməsinə razılıq verib. Bu o deməkdir ki, elektron siqaretin istehsalı, idxalı, ixracı, daşınması, satışı, paylanması, anbarlarda saxlanılması və reklamı qadağan edilir”.

Nazir qərarın qüvvəyə minməsi üçün Hindistan prezidenti Ram Nath Kovində təqdim ediləcəyini bildirib.

Səhiyyə naziri Harş Vardhan da “Tvitter”dəki açıqlamasında elektron siqaret və ona bənzər cihazları saxlayanların 6 aya qədər həbs və ya 700 dollar cərimə cəzası alacağını yazıb.

Mütəxəssislər ölkədə gənclər arasında populyarlaşan elektron siqaretlərin müxtəlif xəstliklərə səbəb olduğunu və mövcud vəziyyətin narahatlıq doğurduğunu bildirirlər.

Hurriyyet.org