Elinanın anası Xalidə Bayramova ilə üzləşmək istəyir - Vəkillərdən TƏLƏB

Elinanın anası Xalidə Bayramova ilə üzləşmək istəyir - Vəkillərdən TƏLƏB

Səbail rayonunda yerləşən 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın anası Sevil Hüseynovanın Səbail rayon icra başçısının müavini Xalidə Bayramova ilə üzləşdirilməsi barədə istintaqa vəsatət verilib.

Hurriyyet.org Bakupost.az-a istinadən xəbər verir ki, bunu Elinanın intiharı ilə bağlı keçirilən mətbuat konfransında ailənin vəkilləri deyib.

Vəkillər bildirib ki, istintaq orqanı vəsatətə hələ də cavab verməyib.

Xatırladaq ki, Elinanin intiharından sonra məktəbə ilk gələn rəsmi şəxs Səbail rayon icra başçısının müavini Xalidə Bayramova olub. O, intihardan bir saat sonra hadisə yerinə gəlib və onun gəlişinin ardınca məktəbə təvili yardım çağırılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA