Elm adamları ildırımın əsl səbəbini tapdı

Elm adamları ildırımın əsl səbəbini tapdı

Yaponanın Kyoto Universitetində çalışan alimləri ildırım çaxdıqda atmosferdə anti-maddə əmələ gətirən foto-nüvə reaksiyaların ortaya çıxdığını təsbit ediblər.

Tədqiqatlar zamanı şimşəyə səbəb olan qamma şüalarının gerçək səbəbi bəlli olub.

Daha dəqiq desək, qamma şüalarının atmosferdəki antimateriyanın radioizotop və pozitron indiqatorlarına reaksiyası izah edilib.

Nəticələr foto nukleid foto-nüvə reaksiyaları Kaşıvaza şəhərində yerləşdirilən 4 detektordan alınan məlumatlar əsasında əldə olunub.

Nəticəyə görə, ildırım çaxması zamanı üç fərqli qamma partlaması baş verir ki, bunlardan ikincisində ildırım afmosfedəki azotla reaksiyaya girir, üçüncüdə isə azot çatışmazlığından dəyişkən azot atomları parçalanır.

Təxminən bir dəqiqəyə qədər davam edən üçüncü partlamada elektronlarla davamlı toqquşan anti-maddədə pozitonlar (əks elektronlar) ortaya çıxır.

Tədqiqat qrupunun alimi Teraki Onoto deyib ki, indiyədək hər kəs antimateryanın yalnız elmi təxəyyül olduğunu zənn edirdi. Heç demə, o, firtınalı havalarda başımızın üstündə olurmuş.

Altunay, Hurriyyet.org

  • Hamısı
  • Loading...