Elm dünyasını çaşdıran kəşf - 2500 illik qırılmamış yumurta

  • 2019-03-29 18:45:09
  • |

Elm dünyasını çaşdıran kəşf - 2500 illik qırılmamış yumurta

Arxeoloqlar Çinin Çanqju şəhərində 2500 il əvvələ aid bir qəbirdə maraqlı kəşfə imza atıblar.

Hurriyyet.org “Ölkə.Az”a istinadən xəbər verir ki, qəbirdən bir küp qırılmamış yumurta tapılıb. Nanjinq muzeyi arxeologiya institutunun alimləri bildiriblər ki, küp Liyanq rayonundakı Şanqksinq qəsəbəsində aşkar edilib.

Arxeoloq Jou Henqminq bildirib ki, 2500 illik yumurtaya ziyan vurmaqdan qorxduğu üçün toxunmayıblar. Yumurtaları saymaq üçün isə şüa texnologiyasından istifadə ediləcək.

Alimlər qeyd ediblər ki, yumurta qabığının bu qədər müddət xarab olmadan qalması çox nadir haldır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA