ELMAN RÜSTƏMOV BİZNESİNİ GENİŞLƏNDİRDİ - “Toyota” da onun “imperiyasının” tərkibinə daxil oldu

  • 2019-03-01 16:49:43
  • |
  • Ölkə /

ELMAN RÜSTƏMOV BİZNESİNİ GENİŞLƏNDİRDİ - “Toyota” da onun “imperiyasının” tərkibinə daxil oldu

“Bakı Sığorta”-nın səhmdarları sırasına “Toyota Abşeron Center” də qoşulması təsadüfüdürmü?

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun böyük biznes imperiyasına malik olduğuna dair məlumatlar mütəmadi olaraq, mətbuatda yer almaqdadır. Baş bankirin biznes şəbəkəsinin tərkibində “Bank Respublika” ilə yanaşı “Subaru”, “Honda”, “Mitsubishi” kimi nəhənglərin Azərbaycanda təmsilçiliyi, eləcə də “Səba” ASC, “Bakı İnvest Holdinq” və digər sahibkarlıq subyektlərinin adları çəkilir. Bu siyahıya həmçinin “Bakı Sığorta” şirkəti də aiddir və siyahıdan göründüyü kimi, sözügedən biznes şəbəkəsi kifayət qədər şaxələnmiş vəziyyətdədir.

Saytımızın əldə etdiyi məlumata görə, bir müddət bundan öncə daha bir avtomobil nəhəngi olan “Toyota”-nın ölkəmizdəki təmsilçiliyi də bu imperiyanın tərkibinə daxil edilib. Maraqlıdır ki, “Toyota Abşeron Center” (Toyota Abşeron Mərkəzi) bu şəbəkəyə daxil ediləndən qısa müddət sonra elə E.Rüstəmova aid olduğu bildirilən “Bakı Sığorta”-nın səhmdarına çevrilib.

s-l300

Göründüyü kimi, baş bankir ənənəsinə sadiq qalaraq, əksər biznes subyektlərini bu sığorta şirkətinin səhmdarları sırasına qatır. Bunu təsdiq etmək üçün uzağa getməyə ehtiyac yoxdur və sadəcə, “Bakı Sığorta”-nın səhmdarlarının rəsmi siyahısına baxmaq kifayətdir – “Bank Respublika” (57,9785%), “Diamond Motors Şirkəti” (9,3750%), “Subaru Azərbaycan” şirkəti (9,3750%), “Yeni Motor Şirkəti”, Murad Rəhimov (6,9653%) və Behbud Nəcəfov (6,9321%). Necəı deyərlər, görünən dağa nə bələdçi?

Bu gwn mediada yayılan məlumatda isə deyilir ki, bu siyahıya “Toyota Abşeron Center” də daxil edilib və iki əməliyyat nəticəsində “Bakı Sığorta” şirkətinin səhmlərinin 12,33 faizini əldə edib. Məlumata görə, birinci əməliyyatda şirkət 527 ədəd, ikinci əməliyyatda 922 səhm satın alıb.

“Toyota Abşeron Center” payları digər hüquqi şəxs olan səhmdarlardan əldə edib.Şirkətdə mühüm iştirak payına (51 faizdən çox) malik olan “Bank Respublika” ASC-nin payı təxminən 60 faiz səviyyəsindən 51-52 faiz səviyyələrinə düşüb. Belə çıxır ki, “Toyota Abşeron Center”ə əsasən məhz “Bank Respublika” ASC-nin payının bir hissəsi satılıb.

1483618779_respublika333

Təxminən 9 milyon manatlıq nizamnamə kapitalına malik sığorta şirkəti ətrafında aparılan bu alış-verişin hansı tələbatdan irəli gəldiyi və həmin maliyyə əməliyyatının nəyə hesablandığını sözsüz ki, bu imperiyanın başında duran daha yaxşı bilər…

Onu da qeyd edək ki, “Bakı Sığorta”, səhmdarı olmamışdan öncə də “Toyota Abşeron Center” ilə əməkdaşlıq edirdi. Ancaq onun məhz indi bu sığorta şirkətinin səhmlərini alması bir daha təsdiqləmiş olur ki, “Toyota Abşeron Center” də E.Rüstəmovun biznes imperiyasının tərkibinə qatılıb./azpolitika.info/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA