​“Emin Milli Vətənə gəlmək istəyirsə..." - Deputatdan AÇIQLAMA

​“Emin Milli Vətənə gəlmək istəyirsə..." - Deputatdan AÇIQLAMA

Deputat Bəxtiyar Sadıqov Emin Millinin sosial şəbəkələrdə Azərbaycanla bağlı müsbət paylaşımlarına münasibət bildirib.
Hurriyyet.org xəbər verir ki, o, “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, Azərbaycandan xaricə gedənlər olub, bu onların hüququdur: "Amma bəziləri gedən kimi Azərbaycana müharibə elan edirlər, yalnız mənfiləri qabardırlar, qərəzli danışırlar. Sanki azərbaycanlı deyillər.
Gedənlərdən biri də Emin Milli idi və bu gün o, dərk edirsə hara getsə belə Azərbaycan onun vətənidir, bunun özü gözəl hadisədir".
Deputat hesab edir ki, nöqsanları demək olar: “Hakimiyyət həmişə müxalifətə fəaliyyət imkanı verib. İqtidara qarşı çıxmaq da olar, ancaq dövlətə, milli maraqlara zidd hərəkət etmək olmaz. Emin Milli Vətənə gəlmək istəyirsə, buyurub gəlib yaşasın. Heç kəs müxalifətçiliyinə görə cəzalandırılmır. Kim qanunu pozursa, onun barəsində tədbir görülür. Ona görə də Emin Millinin üzrünü alqışlayıram. Kimlər Azərbaycanı qaralamağı özünə çörək ağacı seçibsə, səhvə yol verirlər. Başqaları da Emin Millinin hərəkətindən nümunə götürməlidir”.
Qeyd edək ki, Emin Milli sosial şəbəkədə prezident İlham Əliyevdən üzr istəyib:
"İlham Əliyevdən də, Əli Kərimlidən də, hökumətdə də, müxalifətdə də olan müxtəlif insanlardan da həyatımın müxtəlif anlarında nifrət ifadə etdiyimə görə üzr istəyirəm. İllər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu qurucu yox, dağıdıcı bir rol oynayır. Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA