Şəmistan Əlizamanlı məşhur serialda rol almasından danışdı

  • 2018-11-08 11:57:42
  • |
  • Aktual /

Şəmistan Əlizamanlı məşhur serialda rol almasından danışdı

“Diriliş Ərtoğrul” serialına çəkiləcəyim barədə ictimaiyyətə məlumat verməmişdim.

Hurriyyet.org bildirir ki, bu sözləri Kult.az-a açıqlamasında "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Türkiyədə “Diriliş Ərtoğrul” serialında çəkilməsi barədə danışarkən deyib. O, seriala necə dəvət almasından danışıb:

“Türklər filmdə oxuduğum mahnını çox bəyənmişdilər. Mənimlə əlaqə saxlayıb, “Tanrı türkə yar olsun” mahnısını serialda səsləndirməyimi istədilər. Mən də razılaşdım. Hələlik bir bölümdə çəkilmişəm. Amma yaradıcılıqla bağlı başqa təkliflər olub. Dəyərləndirməyi düşünürəm”.

Ş.Əlizamanlı vətənpərvərlik mövzularında oxuduğu mahnılara görə Türkiyədə sevildiyini söyləyib:

“Serialın komandası məni yüksək səviyyədə qarşıladı. Orada mahnılarımı dinləyiblər, məni çox yaxşı tanıyırlar. Nəinki mənə, bütövlükdə Azərbaycana qarşı çox isti münasibət bəsləyirlər”.

İfaçı "Tanrı türkə yar olsun" misrasındakı "Tanrı" sözünün niyə "Allah" sözü ilə əvəzlənməsinə də aydınlıq gətirib:

"13-cü əsrdə islamın türklər arasında yayılması prosesi genişlənirdi. Ona görə filmin rəhbərliyi "Allah" sözündən istifadəni məsləhət bildi".

Qeyd edək ki, Şəmistan Əlizamanlı Türkiyənin TRT1 kanalında yayımlanan “Diriliş Ərtoğrul” serialında rol alıb. İfaçı serialın yeni mövsümünün ilk bölümündə ozan rolunda “Allah türkə yar olsun” mahnısını oxuyub.

Loading...

QALEREYA