Çempionlar Liqası: “Barselona” qələbə qazandı, "Yuventus" "Ayaks"la bacarmadı

  • 2019-04-11 10:02:04
  • |
  • İdman /

Çempionlar Liqası: “Barselona” qələbə qazandı, "Yuventus" "Ayaks"la bacarmadı

Ötən gecə UEFA Çempionlar Liqasında 1/4 finalın daha 2 oyunu keçirilib.

Hurriyyet.org xəbər verir ki, dünənki oyunlardan sonra bu mərhələdə ilk matçlara yekun vurulub.
Amsterdamda "Ayaks" “Yuventus"u sınağa çəkib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Gecənin ən maraqlı qarşılaşması isə İngiltərədə keçirilib "Mançester Yunayted" "Barselona"nı qonaq edib. Görüş Kataloniya klubunun qələbəsi ilə başa çatıb .

Komandalar arasında cavab qarşılaşmaları isə aprelin 16-da olacaq.

Çempionlar Liqası, 1/4 final mərhələsinin ilk oyunları

”Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya) - 1:1

“Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya) - 0:1

“Tottenhem” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) - 1:0

“Liverpul” (İngiltərə) – “Portu (Portuqaliya) - 2:0

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA