Çempionlar Liqası: “Liverpul” “Barselona”nı darmadağın edərək finala yüksəldi - VİDEO

  • 2019-05-08 10:03:00
  • |
  • İdman /

Çempionlar Liqası: “Liverpul” “Barselona”nı darmadağın edərək finala yüksəldi - VİDEO

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Hurriyyet.org xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Liverpul” doğma azarkeşləri qarşısında “Barselona”nı qəbul edib. İlk oyunda 0:3 hesabıyla məğlub olan “Liverpul”, finala vəsiqə qazanmaq üçün ən azı 4 top fərqi ilə qələbə qazanmalıydı.

İngiltərə təmsilçisi 4 cavabsız qol vurmaqla inanılmaz geridönüşə imza atıb və finala vəsiqə qazanıb.

Yarımfinalın digər oyununda “Tottenhem” səfərdə “Ayaks”la qarşılaşacaq. Komandalar arasındakı ilk oyunda “Ayaks” minimal hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunları

7 may

Liverpul (İngiltərə) – Barselona (İspaniya) 4:0 (ilk oyun 0:3)
Qol: Oriqi, 7; 79. Veynaldum, 54; 56.
Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Liverpul: Alisson, Fabinyo, Van Deyk, Milner, Mane, Henderson (k), Şakiri, Robertson, Oriqi, Matip, Aleksander-Arnold.
Ehtiyat oyunçular: Minolye, Veynaldum, Lovren, Qomes, Starric, Brouster, Vudburn.
Barselona: Ter Ştegen, Pike, Rakitiç, Buskets, Koutinyo, Luis Suares, Messi (k), Lanqle, Alba, Serxi Roberto, Vidal.
Ehtiyat oyunçular: Sillessen, Semedo, Artur, Malkom, Umtiti, Vermaelen, Alenya.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA