Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu

  • 2019-04-12 17:41:31
  • |
  • İdman /

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu

UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu müəyyənləşib.

Hurriyyet.org xəbər verir ki, İngiltərənin "Liverpul" klubunun braziliyalı hücumçusu Roberto Firmino azarkeşlər arasında aparılan sorğuya əsasən, ən yaxşı oyunçu adına layiq görülüb.

İyirmi beş yaşlı hücumçu bu nominasiyada Heung-Min Son ("Tottenhem", İngiltərə), Jerar Pike ("Barselona", İspaniya) və Frenk de Yonqu ("Ayaks", Hollandiya) qabaqlayıb.

Firmino dörddəbir finalında doğma meydanda Portuqaliyanın "Portu" klubunu məğlub etdikləri matçda (2:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın saytında aparılan səsvermə nəticəsində müəyyənləşib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA