Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu

  • 2019-03-15 18:09:41
  • |
  • İdman /

Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu

Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib.

Hurriyyet.org xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən son 4 görüşün baş tutduğu həftədə ən yaxşı adına Kriştianu Ronaldo layiq görülüb.

İspaniya “Atletiko”su ilə evdəki matçda vurduğu üç qolla İtaliya “Yuventus”unu 1/4 finala daşıyan portuqaliyalı azarkeşlərin səsverməsində rəqiblərini geridə qoyub. Onun qabaqladığı futbolçular arasında “Barselona”lı Lionel Messi də yer alıb.

Qeyd edək ki, həftənin oyunçusu adına digər iki namizəd Leroy Sane (“Mançester Siti”) və Sadio Mane (“Liverpul”) olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA