Çempionlar Liqasında püşkatmanın vaxtı açıqlandı

  • 2019-08-26 17:46:03
  • |
  • İdman /

Çempionlar Liqasında püşkatmanın vaxtı açıqlandı

Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlanıb.

Hurriyyet.org xəbər verir ki, Monakoda keçiriləcək püşkatma mərasimi avqustun 29-u, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Çempionlar Liqasının qrup mərhələsinə ötən mövsümün qalibi "Liverpul", Avropa Liqasının qalibi "Çelsi" birbaşa vəsiqə qazanıb. Həmçinin pley-off mərhələsində qalib gələn 6 komanda qrupda oynamaq şansı qazanacaq. Ümumilikdə 8 qrup üzrə 26 komanda yarışacaq. Qrupda ilk 2 yeri tutan komandalar ÇL-də mübarizəni pley-off-da davam etdirəcək.

Əlavə olaraq yüksək reytinqi olan bu ölkələrin komandalar qrup mərhələsində birbaşa iştirak edəcək.

İspaniya: "Barselona", "Real", "Atletiko", "Valensiya"
İngiltərə: "Mançester Siti" "Liverpul" "Çelsi" "Tottenhem"
İtaliya: "Yuventus", "Napoli", "İnter", "Atalanta"
Almaniya: "Bavariya", "Borussiya" "Bayer", "Leyptsiq"
Fransa: PSJ, "Lion", "Lill"
Rusiya: "Zenit", "Lokomotiv"
Portuqaliya: "Benfika"
Ukrayna: "Şaxtyor"
Belçika: "Genk"
Türkiyə: "Qalatasaray"
Avstriya: "Zalsburq"
Qeyd edək ki, qrup mərhələsinin ilk matçları 17-18 sentyarda keçiriləcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA