Çempionlar Liqasının final matçı sloveniyalı hakimlərə tapşırıldı

  • 2019-05-14 18:17:57
  • |
  • İdman /

Çempionlar Liqasının final matçı sloveniyalı hakimlərə tapşırıldı

Futbol üzrə UEFA Çempionlar Liqasının “Liverpul”la “Tottenhem” arasında keçiriləcək final oyununa təyinatlar məlum olub.

Hurriyyet.org xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Damir Skomina olacaq. Ona Yüre Praprotnik və Robert Vukan kömək edəcək. Dördüncü hakim funksiyasını Antonio Mateu Lahos yerinə yetirəcək. VAR hakimləri Danni Makkeli və Pol van Bukel olacaq.

“Liverpul” – “Tottenhem” matçı iyunun 1-də, Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA