“English Language Fellow” təqaüd proqramı çərçivəsində daha bir amerikalı mütəxəssis ADPU-da fəaliyyətə başladı

“English Language Fellow” təqaüd proqramı çərçivəsində daha bir amerikalı mütəxəssis ADPU-da fəaliyyətə başladı

Sentyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində ADPU-da fəaliyyətə başlayan Richard Schlight ilə görüşdü.Görüşdə Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, rektorun müşaviri Ümid Mehdiyev iştirak etdilər.

Qonağı salamlayan rektor universitet haqqında ümumi məlumat verərək ADPU-nun dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrinin qurulması və möhkəmləndirilməsi, tədris prosesinin təkmilləşdirilməsi, təhsilalanların və təhsilverənlərin birgə fəaliyyətinin yeni metod və vasitələrlə daha keyfiyyətli nəticələr əldə olunması istiqamətində görülən bir sıra əhəmiyyətli işlərdən bəhs etdi. ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə, həmçinin Fulbrayt proqramı çərçivəsində ADPU-da mütəxəssislərin fəaliyyəti barədə də qonağa ətraflı məlumat verdi.

Mütəxəssis öz növbəsində fəaliyyəti müddətində universitetin professor-müəllim, həmçinin tələbə heyəti ilə sıx əməkdaşlıq cərçivəsində mühüm işlər görüləcəyinə ümid etdiyini bildirdi.

Qeyd edək ki, Richard Schlightin ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində ADPU-da fəaliyyəti müddətində ingilis dili müəllimlərinin dərslərində müşahidələr apararaq onların kommunikativ tədris bacarıqları və tələbəyönümlü fəaliyyətləri haqqında məlumatların toplanması, eyni zamanda onlara müəyyən məsləhətlərin verilməsi, eləcə də, “İngilis dili müəllimliyi” ixtisasının II-IV tədris ili tələbələrinin dil öyrənmə bacarıqlarının inkişaf etdirilməsi üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.

Onu da qeyd edək ki, “English Language Fellow” İngilis dili təqaüdü proqramı ingilis dilinin digər dildə danışan insanlara tədrisi və ya ingilis dilinin xarici dil kimi tədrisi sahələrində yüksək ixtisaslaşmış ABŞ tədrisçilərinin dünyanın müxtəlif hissələrinin akademik qurumlarında 10 aylıq müddəti əhatə edən fəaliyyəti üçün nəzərdə tutulmuş təqaüd proqramıdır.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA