EPŞTEYNİN YAXIN ŞƏRQ ƏLAQƏLƏRİ: siyahıda kimlərin adı var?

EPŞTEYNİN YAXIN ŞƏRQ ƏLAQƏLƏRİ: siyahıda kimlərin adı var?

Xlo Benua

“Middle East Eye”, 15.08.2019

Seksual cani Ceffri Epşteynin iyul ayında həbsi dünyanı diksindirib və onun həbsxanada intihar etməsi planetin ən varlı və ən güclü insanları ilə əlaqələri barədə gümanları daha da artırıb.

Epşteyn Florida ştatının məhkəməsi tərəfindən yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etməyə görə məhkum edilmişdi.

ABŞ rəsmiləri çox sayda yetkinlik yaşına çatmamış qızı zorlamaqda və oxşar məqsədlərlə təmasda olmaqda günahlandırılan Epşteyn əleyhinə federal istintaqı davam etdirməyə söz verib.

Media xəbərləri və məhkəmə sənədləri 66 yaşlı maliyyəçinin həyatı, o cümlədən Yaxın Şərqlə, xüsusən Səudiyyə Ərəbistanı və İsraildəki şəxslərlə əlaqələrinə dair yeni təfərrüatları aşkarlayıb.

Biznes əlaqələri

Onilliklər boyu maliyyə dünyasında çalışan və müxtəlif hedc fondlarına və şirkətlərə milyonlarla dolar investisiya qoyan multimilyoner olaraq Epşteyn dünyada çox sayda varlı və nüfuzlu şəxslə təmasda olub.

Geniş ictimai dairəsi onu müəyyən şəxslərə bağlanma üçün yol açıb.

Keçmiş eşikağasının nüsxəsini çıxardığı və 2015-ci ildə ictimaiyyətə açıqlanan Epşteynin indi məşhur olan “qara kitabı” bir çox görkəmli Yaxın Şərq işgüzar əlaqələrini sadalayır. Epşteynin bu şəxslərlə münasibətlərinin dərəcəsini müəyyənləşdirmək çətindir.

“Kitab”da diqqətəlayiq adlar var: İsrailin vençur kapitalisti Yariv Zqhul; Səudiyyə iş adamı Amr əl-Dabbağ, Suriya-səudiyyəli maliyyəçisi Vafiq Səid və korrupsiya iddiası ilə Kubada iki il həbsdə olan İngiltərə-Livan mənşəli direktor Amado Faxre.

“New York Times”-da jurnalisti Ceyms Stüart Epşteynin Elon Muska məxsus şirkətə – “Tesla”ya sərmayə qoyması barədə yazıb.

Stüartın sözlərinə görə, Səudiyyənin də bu işdə izi var. Səudiyyə Ərəbistanının suveren sərvət fondu keçən il “Tesla”ya 2 milyard dollar sərmayə qoyub. Bununla birlikdə, şirkət Epşteyn ilə işləməkdən imtina edib.

“Səud, şahzadə…”

Şübhəli intihardan bir il əvvəl Epşteyn, vəliəhd şahzadə Məhəmməd bin Salman da daxil olmaqla, güclü Səudiyyə liderləri ilə əlaqələri ilə öyünüb.

Keçən ilin avqustunda Epşteynin Nyu-Yorkdakı malikanəsinə ziyarəti barədə yazan jurnalist Ceyms Stüarta MBS-in – şahzadə bin Salmanın divarından asılmış fotosu göstərilib.

“Tacfar şahzadəsi dəfələrlə bura baş çəkib”, – Epşteyn Stüarta deyibmiş.

“Epşteynin kitabı”nda MBS-in atası kral Salman bin Əbdüləzizin və əmisi oğlu, ABŞ-dakı keçmiş Səudiyyə səfiri şahzadə Bəndər bin Sultanın adları var.

“Daily Beast” iyul ayında xəbər verib ki, FTB Epşteynə məxsus, müddəti bitmiş Avstriya pasportu tapıb. Pasportla yanaşı, nağd pul dəstləri və onlarla brilyant. Onlar Manhettendəki malikanədə, bir seyfdə tapılıb.

İstifadə müddəti bitmiş pasportda Epşteynin fotoşəkili, saxta ad və Səudiyyə ünvanı var.

Məhkəmə sənədlərinə görə, Epşteyn pasportdan özünü “potensial qaçırılma və ya terrorçulardan qorunmaq” üçün istifadə etməyi planlaşdırıbmış.

Vəkillər Epşteynə “bir dost”un verdiyi pasportdan istifadə etdiyini inkar ediblər.

İsraildə qalmaqal

Epşteyn davası Səudiyyə Ərəbistanında kiçik dalğa yaratsa da, İsraildə böyük əks-səda doğurub.

Epşteynın “qara kitabı”na iki keçmiş baş nazir Ehud Barak və Ehud Olmert, eləcə də İsrail hökumətində elektron poçt ünvanlarına sahib olan bir neçə şəxslə əlaqəyə dair “İsrail” adlanan qısa bir bölmə daxildir.

Bu yaxınlarda, sentyabr seçkilərindən əvvəl yeni bir partiya ilə siyasətə qayıdan Barak, Epşteynlə əlaqələrinin dərəcəsini ictimaiyyətə açıqlaya bilmədiyi üçün tənqid atəşinə tutulub.

Keçmiş baş nazir gənc qadınların olduğu mülkdə Epşteyni dəfələrlə ziyarət etdiyini iddia etmiş “Daily Mail”-lə məhkəmədə dartışmaq sözü verib.

İsrailin “Haaretz” qəzetinin məlumatına görə, bu iki şəxs 2015-ci ildə, Epşteynin cinsi cinayətkar olaraq məhkum edilməsindən əvvəl maliyyə ortaqlığına malik olublar.

Barak Epşteynin ortağı “Les Wexner”-in xeyriyyəçi fondundan milyonlarla dollar alıb.

Barakın “Demokratik İsrail” Partiyası keçən ayın sonunda Meretzlə ittifaq qurub. Bəzi İsrail müşahidəçiləri Epşteyn davasının Barakın imicinə təsirini vurğulayır.

Epşteynin Yaxın Şərqə əlaqələrinin tam təsiri hələ də bəlli deyil, çünki bir çox sual cavabsız qalır.

Tərcümə: Strateq.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA