EŞQ OLSUN

  • 2019-02-13 13:29:58
  • |

EŞQ OLSUN

Əlisa NİCAT

Eşq olsun qışın bu dəli vaxtında al-qırmızı qönçə və butələri ilə evimizi, həyətimizi ətirlə dolduran itburnu kollarına!

***

Eşq olsun o xərabələr yurdunun övladına ki, öz mətin zəkası və qüdrətli iradəsi ilə hər gün ürəklərdə azadlıq və ümid sarayları ucaldır!

***

Eşq o günəşə ki, 4 milyard ildən bəri qəlbinin tükənməz işıq və istisi ilə dünyamızın bütün canlılarına tükənmək bilmədən həyat, gözəllik və xoşbəxtlik bəxş edir!

***

Eşq olsun hələ 70 il bundan qabaq Fəxri Xiyabana hörmət və yaraşıq bəxş emiş bəylər bəyinə ki, bizim kimi qorxaq və müti milləti öz söz və musiqi inciləriylə millətlər cərgəsinə qaldırıb mənim kimi övladları üçün ömürlük təsəlli və xobəxtlik məşəlidir!

* * *

Eşq olsun hələ də AZADLIQ, ƏDALƏT və LƏYAQƏT həyat amalına çevirib həbs və ölümlərə meydan oxuyan oğullara!

***

Eşq olsun “Hürriyyət” qəzetinə ki, bütün təhlükələrə meydan oxuyub, 28 ildən bəri həqiqət bayrağını dalğalandırıb - yoruldum demədən azadlıq və həqiqət cəngəllikləri ilə arxasınca gələnlərə yol açır!

***

Eşq olsun bütün məhrumiyyətlərə sinə gərib qocalıb qələmi əlindən düşənə qədər azadlıq və ləyaqət prinsiplərini ölməyə qoymayan qələm cəbhəsinin qorxubilməz qazilərinə!

***

Eşq olsun xalqımızın heç bir top-tüfənglə,heç bir qadagan, heç bir hədə ilə, heç bir zülm və əsarətlə qırılmaq bilməyən, sınmayan azadlıq və ədalət eşqinə!

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA