“Erməni separatçıları Colan təpələrini İsrail ərazisi saymaqla Suriya rejiminə arxa çevirirlər” - POLİTOLOQ

“Erməni separatçıları Colan təpələrini İsrail ərazisi saymaqla Suriya rejiminə arxa çevirirlər” - POLİTOLOQ

“Erməni separatçıları ABŞ prezidenti Donald Trampın “Colan təpələrini İsrail ərazisi kimi tanıya bilərik” açıqlamasından həvəsləniblər, Xankəndidə Colan təpələri ilə Dağlıq Qarabağ arasında paralellər aparmağa başlayıblar. Vaxtilə eyni paraleli Kosovayla bağlı aparmağa çalışırdılar, ancaq serbləri müdafiə edən Kreml ermənilərin ağızlarının üstündən vurdu”. Huriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

“Erməni separatçının bu “istəyi” aydındır”

““Dağlıq Qarabağ Respublikası prezident aparatının rəhbəri müavini” David Babayan Colan təpələri ilə Dağlıq Qarabağ arasında bu şəkildə paralel aparıb: “Donald Trampın Colan təpələrinin təhlükəsizliyi və bölgənin sabitliyinin qorunması baxımından İsrailə aid olması haqqındakı açıqlaması önəmli hadisədir. Bu Dağlıq Qarabağ konteksində də önəmlidir”. Erməni separatçı bu cümlə ilə demək istəyir ki, Colan təpələrini İsrailə ərazisi kimi tanıyan Tramp eyni yanaşmanı Dağlıq Qarabağa münasibətdə də nümayiş etdirməlidir. Erməni separatçının bu “istəyi” aydındır. Aydın olmayan və aydınlaşdırılmağa açıq olan başqa məsələdir”,-deyə politoloq qeyd edib.

“Həm ruslara, həm iranlılara, həm də suriyalılara erməni separatçılarının onlara necə xilaf çıxdıqlarını xatırlatmaq lazımdır”

E. Şahinoğlu diqqətə çatdırıb ki, Ermənistan hakimiyyətinin Suriyadakı rejimlə sıx əlaqələri var, suriyalı erməniləri Dağlıq Qarabağda yerləşdirirlər, ayrıca Suriyaya humanitar missiya göndəriblər: “Bəşər Əsəd də ermənilərə simpatiya ilə yanaşır. Beynəlxalq aləm İsrailin işğalı altında olan Colan təpələrini Suriya torpaqları sayır. İndi belə çıxır ki, erməni separatçıları Colan təpələrini İsrail ərazisi saymaqla Suriya rejiminə arxa çevirirlər. Digər tərəfdən Ermənistanın ağası olan Rusiya Trampın açıqlamasını tənqid edərək, Colan təpələrini Suriya ərazisi sayır. İran da eyni mövqedədir. Elə biz də Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Demək həm ruslara, həm iranlılara, həm də suriyalılara erməni separatçılarının onlara necə xilaf çıxdıqlarını xatırlatmaq lazımdır. Ancaq bu incə işlə hansı dövlət stukturumuz məşğul olacaq ki? Novruz bayramı ilə əlaqədar istirahət günləri hələ bitməyib”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA