“Ermənilər əllərində fakt olmaya-olmaya...” – Növbəti həyasızlıq

“Ermənilər əllərində fakt olmaya-olmaya...” – Növbəti həyasızlıq

“Ermənilər əllərində heç bir fakt olmaya- olmaya Culfada erməni qəbiristanlığının dağıdılmasını beynəlxalq təşkilatlar qarşısında qaldırırlar. Reallıq isə budur ki, ermənilərin özlərinin azərbaycanlılara qarşı bu kimi yüzlərlə vandalizm faktı var”.

Bunu politoloq Zaur Məmmədov deyib.

Ekspertin sözlərinə görə, ermənilər hətta azərbaycanlı ölüləri də rahat buraxmır, bu vəhşiliyi dünya görməlidir:

“Maddi mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Azərbaycanın indiki Ermənistandakı torpaqlarında, eyni zamanda Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılır.

Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz də məhv edilir.

Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılıb və talan olunub. Bundan başqa, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib”. \\Teleqraf

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA