Ermənilər Qarabağdan İtaliyaya paltar satır - QALMAQAL

  • 2019-07-09 17:21:19
  • |
  • Aktual /

Ermənilər Qarabağdan İtaliyaya paltar satır - QALMAQAL

Ermənilər Azərbaycanın işğal altındakı ərazilərində yeni istehsalat müəssisələri yaratmaqda davam edir.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, Xankəndində yerləşən “Qreyt Partners” (Great Partners) müəssisəsi artıq 5 ildir ki, Avropa, xüsusən İtaliyaya geyim və paltar dəstləri satır.

Şirkətin şöbə müdiri Nelli Baqdasaryan müəssisədə hazırda 300 nəfərin çalışdığını elan edib. O, şirkəti yaxın illərdə genişlənəcəyini, 2019-2020-ci illərdə yeni istehsal proseslərinin başlayacağını açıqlayıb.

“Biz İtaliya bazarı üçün geniş paltar modelləri istehsal edirik. Bütün xammal bu ölkədən gətirilir və Xankəndində yığılaraq yenidən geri göndərilir”- deyə “Qreys Partners”in icraçı direktoru Mxitar Aqabekyan söyləyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA