Ermənilər qondarma "DQR" bayrağı ilə beynəlxalq yarış keçirdi - Qarabağda - VİDEO

  • 2019-05-08 16:15:26
  • |
  • İdman /

Ermənilər qondarma "DQR" bayrağı ilə beynəlxalq yarış keçirdi - Qarabağda - VİDEO

Separatçı rejim Qarabağda sambo üzrə beyməlxalq yarış keçirib.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, “Victory Cup” adlı beynəlxalq turnirə Rusiya, Ukrayna və.s kimi ölkələrin yeniyetmə və gənclərdən ibarət komandaları qatılıb. Yarışın baş tutduğu zalda Rusiya, Ukrayna kimi ölkələrlə yanaşı Qondarma Dağlıq Qarabağ Respublikasının da bayrağı asılıb. Qalib idmançıları Qondarma Dağlıq Qarabağ Respublikasının Bako Sahakyan mükafatlandırıb.

Məsələ ilə bağlı 9 qat dünya çempionu, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun münasibətini öyrəndik. Unikal.org-a danışan C.Məmmədov həmin yarışın beynəlxalq qurum tərəfindən tanınmadığını bildirib:

"Mən Azərbaycan Sambo Federasiyasının prezidenti olmaqla yanaşı, Avropa Sambo Federasiyasının vitse-prezidentiyəm. Bir müddət əvvəl Avropa Sambo Federasiyasının iclasında idim. Bu turnir keçirilən yarışlar siyahısında təqdim olunsaydı, mən öz etirazmı bildirərdim. Ola bilər ki, həmin yarışı ermənilər öz aralarında keçirib. Yəni Beynəlxalq qurumlar tərəfindən həmin yarış tanınmır".

Aygün İlqarqızı

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA