Ermənilər rusiyalı deputatı Xocalı yürüşündə iştirakına görə “CƏZALANDIRIRLAR”

  • 2019-03-26 15:51:38
  • |
  • Aktual /

Ermənilər rusiyalı deputatı Xocalı yürüşündə iştirakına görə “CƏZALANDIRIRLAR”

Üçqat olimpiya çempionu erməniləri nankorluqda günahlandırdı

Azərbaycanı həmişə millətçilikdə, milli və dini dözümsüzlükdə günahlandırmağa çalışan Ermənistan bu dəfə özü belə ittihamların hədəfinə çevrilib – özü də hər zaman güvəndiyi Rusiyanın hakim partiyasının deputatı tərəfindən.

Hurriyyet.org “AzPolitika.info”ya istinadən xəbər verir ki, Rusiya mətbuatında Dumanın deputatı, hakim “Vahid Rusiya” partiyasının üzvü olan məşhur idmançı, üçqat olimpiya və onqat dünya çempionu İrina Rodninanın açıqlamaları dərc olunub. Məşhur idmançı Ermənistan hakimiyyətinin onun adının İrəvandakı idman məktəblərinin birindən götürülməsi istəyinə münasibət bildirib. Belə məlum olur ki, Ermənistan paytaxtında Rusiyanın vəsaiti hesabına tikilmiş həmin məktəbdə buz meydançası var və həmin meydança Ermənistanda yeganə bu tipli idman qurğusudur. İ.Rodnina isə dünyada ən titullu rusiyalı fiqurlu konkisürmə ustalarından biri kimi tanınır. Ermənilər də bu səbəbdən həmin məktəbə məşhur idmançının adını veriblər.

Lakin İ.Rodninanın Bakıda keçirilən Xocalı soyqırımının 27 illiyinə həsr olunmuş son yürüşdə iştirak etməsi Ermənistan hakimiyyətinin xoşuna gəlməyib. Bu səbəbdən İrəvan rəhbərliyi idmançının adının məktəbdən götürülməsi təşəbbüsü ilə çıxış edib. İ.Rodnina isə buna cavab olaraq, mətbuata açıqlamasında ermənilərin nankorluğuna və milli dözümsüzlüyünə işarə vurub: “Orada məhz Rusiya Federasiyasından göndərilən və milyonlarla ölçülən maliyyə hesabına tikilmiş buz meydançası mənim adımı daşıyırdı. Ancaq bu onların hüququdur, mən isə nə etmişəmsə, etmişəm. Allah xatirinə, məktəbi necə adlandırırsınız, adlandırın. Gəmini necə adlandırsanız, o cür də üzəcək…”

Məşhur idmançı qeyd edib ki, bu buz meydançası son 20 ildə Ermənistanda tikilən yeganə idman qurğusudur və onun həmin meydançanın tikintisinə çəkilən zəhmətə heyfi gəlir. Deputat həmçinin Xocalı soyqırımı kimi faciə ilə bağlı yürüşdə iştirakının təbii hal olduğunu bildirərək, ermənilərin buna qarşı dözümsüzlüyünü anlamadığını önə çəkib: “Mən 20 ildən artıq müddət bundan əvvəl baş vermiş faciələrlə bağlı yürüşdə iştirak etmişəm. O demək deyil ki, bu kiminsə əleyhinədir. Ümumiyyətlə, biz heç kimlə kiməsə qarşı olmaq üçün dostluq etmirik…”

Deputat sonda erməni tərəfinin bu addımını sakit qarşıladığını, lakin bir daha həmin idman qurğusunun tikintisində çəkilən zəhmətə və maliyyəyə heyfsləndiyini bildirib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA