Ermənilər sağ qalmaq üçün bunu edirlər - Yeqanyan dəhşətli durumu açdı

  • 2019-02-09 12:58:30
  • |
  • Region /

Ermənilər sağ qalmaq üçün bunu edirlər - Yeqanyan dəhşətli durumu açdı

Ermənistanın əhalisi 2018-cu ildə təxminən 7 min nəfər azalıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda “Portativlik və miqrasiya axınları: çağırışlar və Ermənistanın imkanları” mövzusunda keçirilən konfransda demoqraf Ruben Yeqanyan bildirib.

Onun sözlərinə görə, ölkəni tərk edən ermənilərin vətənə qayıdışının xeyrinə tək amil ötən il baş verən hakimiyyət dəyişikliyi ola bilər. Demoqraf bunun üçün başqa heç bir amilin olmadığını deyib.

Yeqanyan vurğuladı ki, Ermənistandan əmək emiqrasiyası hazırda sağ qalmaq xarakteri daşıyır.

“SSRİ dövründə rəqəmlər indikindən daha aşağı idi, hədəflər də müxtəlif idi. Əgər SSRİ zamanı insanlar daha yaxşı qazanc və həyat səviyyəsini yüksəltmək üçün ölkədən çıxırdısa, bu gün onlar sağ qalmaq üçün xaricə gedirlər”, - o qeyd edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA