Ermənilərə qarşı mübarizə aparıb müəammalı şəkildə maşın qəzasında vəfat edən Yavər Ünsal kimdir?

  • |

Ermənilərə qarşı mübarizə aparıb müəammalı şəkildə maşın qəzasında vəfat edən Yavər Ünsal kimdir?

Bu günlərdə sosial şəbəkələrdə Türkiyənin İğdır şəhərində 20 yanvar hadisələri ilə bağlı video paylaşımı böyük diqqətə səbəb oldu.

Belə demək mümkünsə, 20 yanvar hadisələri baş verəndən bir az sonra ilk reaksiyalar Türkiyənin İğdır və Aralıq ilçəsindən gəlib. Meydanda minlərlə insan sovet imperiyasına sərt təpki göstəriblər. Bu mitinqlər bütün dünyada böyük səs-küyə səbəb olmuşdu. Həm də Azərbaycan Milli-Azadlıq Hərəkatına böyük dəstək idi.

Minlərlə insanın iştirak etdiyi mitinq Aralıq ilçəsindən əczaçı mərhum Kadri Türkmən, bələdiyyə başqanı Yıldırım Turan, İğdır bələdiyyə başqanı Ali Ağrı, MHP-nin Aralıq üzrə ilçə başqanı mərhum Yavər Ünsal, mərhum vəkil İbrahim Bozyel tərəfindən təşkil edilib.

Reallıq o idi ki, Azərbaycanın səsi İğırdan gəlməyə başlayırdı. O zaman “Sabah”, “Tərcüman”, “Günaydın”nın və TRT müxbiri olan Sərdar Ünsal “Bakı” və “Azadlıq” radiolarını dinləyib, Azərbaycanda baş verənləri bütün Türkiyə mediasına çıxartması Türkiyədə sovetlərə qarşı böyük etirazlara səbəb olmuşdu.

Mitinqlərin əsas təşkilatçılarından olan MHP-nin əsas funksionerlərindən mərhum Yavər Ünsal üzərində dayanmaq istərdik. Onunla bağlı internetdə axtarış apardıq. Bilinən odur ki, İğdırda böyük nüfuza malik olan bu şəxsiyyət qısa ömür həyatında böyük işlərə imza atıb.

Yavər Ünsal kimdir?

1959-cu ildə İğdırda dünyaya gəlib. Litsey məzunu olub. Hüquq təhsili alıb.

Onunla bağlı araşdırmalardan ortaya çıxan fakt odur ki, Yavər Ünsal Azərbaycanın müstəqillik hərəkatına böyük dəstək verən siyasətçilərdən olub. Onun 20 yanvarla bağlı bəyanatları Türkiyə ictimaiyyətinin diqqətini qətliama çəkməyə səbəb olmuşdur.

Daha sonra 1991-ci ildə Naxçıvana qaçaq yollarla Araz çayı ilə Naxçıvana keçib. Günlərlə orada qalıb. Naxçıvanda başlanan azadlıq hərəkatın fəal iştirak edib və gənclərə yol göstərib.

Bir müddət sonra İğdırdan Azərbaycana, Qarabağa getmək istəyən könüllüləri qaçaq yollarla Azərbaycana göndərməsi maraqlı faktlardan biridir.

Ermənilərin Naxçıvana etdikləri hücumların qarşısını almaq üçün İğdırda təlim düşərgələri ilə bağlı yanlış xəbər yayaraq, bütün Türkiyə mətbuatına “Gənclər İğdırdakı düşərgələrdə təlim görüb, Dağlıq Qarabağa və Naxçıvana savaşmaq üçün göndərilir” başlıqlı xəbər yazdırıb. O, zaman bu, böyük rezonans səbəb olub. İnformasiya həm də ermənilərin Naxçıvana hücumlarının qarşısının alınmasına təsir göstərmişdir.

Bu xəbərdən sonra Yavər Ünsal haqqında cinayət işi başladılsa da, yenə də yolundan dönməmişdir.

Köşə yazarı, jurnalist və İğdır Azərbaycan Evinin rəhbəri qardaşı Sərdar Ünsal onun Azərbaycan sevdalı olduğunu bildirdi.

“O, aşıq olduğu Azərbaycan sevdası üçün çox işlər gördü. Yavər Dağlıq Qarabağ savaşı prosesində Azərbaycana, Naxçıvana lazımı dəstəyini verirdi. Könüllüləri cəbhə xəttinə göndərirdi. Türk dünyası üçün əlindən gələni edirdi. İğırda toplanan yardımları Naxçıvan və Azərbaycana çatdırılmasında böyük fəallıq göstərirdi. Təəssüf ki, 1997-ci ildə müəamlı maşın qəzasında dünyasını dəyişdi. Onun Azərbaycan üçün verdiyi mübarizə heç vaxt unudulmayacaq. Bu gün xatirəsi hörmətlə yad edilir” - deyə S.Ünsal vurğulayıb.

Elnur Eltürk

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA