Ermənilərin növbəti yalanı: Xocalıda qətlə yetirilmiş uşaqlar “Sumqayıt qurbanları” kimi təqdim olunub

  • 2019-02-28 14:02:24
  • |
  • Aktual /

Ermənilərin növbəti yalanı: Xocalıda qətlə yetirilmiş uşaqlar “Sumqayıt qurbanları” kimi təqdim olunub

Bu gün Tbilisidə Ermənistanın Gürcüstandakı səfirliyi və Erməni Apostol Kilsəsinin nəzdində “Ayartun” adlı Mədəni-maarif və Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Sumqayıt hadisələrinin 31-ci ildönümünə həsr olunan anım tədbiri keçiriləcək.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, həm səfirlik, həm də mərkəzin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifələrində tədbirlə bağlı elan yerləşdirilib.

Elanda Sumqayıt hadisələrinə həsr edilən fotokollajda 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş iki azyaşlı azərbaycanlı uşağın fotoşəkli də yerləşdirilib.

Həmin fotoşəkli iki rakursdan Ağdamda xarici fotoqraflar lentə alıb və bütün dünyaya Xocalı soyqırımını əks etdirən fotomaterial kimi yaxşı tanışdır.

Gürcüstanda ermənilər Xocalıda xüsusi qəddarlıqla qətlə yetirdikləri azərbaycanlı uşaqları “Sumqayıt qurbanları” kimi təqdim edir. Bu yalanla ermənilər özlərinin Xocalıda törətdiyi soyqırımı qurbanlarını Sumqayıtda baş vermiş hadisələr zamanı “öldürülən ermənilər” adı altında təqdim etməklə Gürcüstan ictimaiyyətini aldatmaq məqsədi güdürlər.

Məlumdur ki, Sumqayıt hadisələrinin təşkilatçıları və erməniləri qətlə yetirənlər erməni millətçiləri olub. Sumqayıt hadisələrini ermənilərin iddia etdikləri kimi azərbaycanlılar tərəfindən törədilməsi ilə bağlı faktlar olmadığından Ermənistan Xocalıda törətdiyi qırğının qurbanlarını “Sumqayıtın erməni qurbanları” kimi qələmə verir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA