Ermənistan 100 milyonluq silah müqaviləsini təsdiqlədi

Ermənistan 100 milyonluq silah müqaviləsini təsdiqlədi

Ermənistan parlamenti Rusiyanın İrəvana 100 milyon dollarlıq kredit verməsi haqqında müqaviləni təsdiqləyib.

Hurriyyet.org xəbər verir ki, müqaviləyə parlamentin 92 deputatı səs verib.

Ermənistan müdafiə nazirinin birinci müavini Artak Zakaryan bildirib ki, Ermənistana gətiriləcək hərbi təyinatlı məhsullar tamamilə yenidir. Nazir müavini əlavə edib ki, təchizatlar Ermənistanın təhlükəsizliyinin səviyyəsini artıracaq və ölkənin silahlı qüvvələrinin potensialını gücləndirəcək. Onun sözlərinə görə, söhbət “regional əhəmiyyət” daşıyan silah növlərindən gedir.

Oktyabrın 24-də imzalanmış hökumətlərarası razılaşmaya uyğun olaraq Rusiya erməni tərəfinə hərbi təyinatlı məhsulların çatdırılmalarının maliyyələşdirilməsi üçün 100 milyon dollar dövlət ixracat krediti verəcək. Müqaviləyə əsasən, Ermənistana ayrılması nəzərdə tutulan 100 milyon dollarlıq hərbi kredit 15 il (2023-2037-ci illər) müddətinə illik 3 faizlə veriləcək. Bundan başqa, Ermənistanla bağlanan müqavilələrin dəyərinin 10 faizini avans ödəmə şəklində birgə maliyyələşdirmə məsələsi nəzərdə tutulub. Ermənistan kredit vəsaitlərindən 2018-2022-ci illərdə istifadə etməlidir.

Müqavilənin müddəalarına görə, Ermənistanın Müdafiə Nazirliyi və "Rosoboronexsport" ASC arasında müasir silahlanma və texnikanın təmin edilmə proseduru, hərbi texnikanın tətbiqinə aid olan məlumatın təmin edilmə şərtləri, tərəflərin öhdəlikləri, təmir və texnikanın saxlama öhdəlikləri, satın alma ödənişləri və digər məsələlərlə bağlı fərdi qaydada müqavilələr imzalanacaq.

Xatırladaq ki, 2015-ci ilin iyunun 26-da Ermənistan və Rusiya Federasiyası arasında silah tədarükü ilə bağlı 200 milyon dollarlıq kredit müqaviləsi imzalanıb./publika.az/

  • Hamısı
  • Loading...