Ermənistan da “Boeing”lə uçuşu dayandırdı

Ermənistan da “Boeing”lə uçuşu dayandırdı

Martın 10-da Efiopiyada 157 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra Ermənistan da “Boeing B-737-MAX 8 “ və “Boeing B-737-MAX” təyyarələri ilə uçuşu müvəqqəti dayandırıb.

Qadağa 13 mart-13 aprel tarixlərində qüvvədə olacaq. Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi Feysbuk hesabında məlumat yayıb.

Qeyd edək ki, “Boeing”dən imtina edən ölkələr arasında Böyük Britaniya, Çin, Fransa, Almaniya, Avstraliya, Vyetnam, İndoneziya, Türkiyə, İtaliya, Avstriya, Latın Amerikası ölkələri, Qazaxıstan, Kanada və ABŞ var./qafqazinfo/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

51-ci buraxılış
QALEREYA