“Ermənistan etiraf etməsə də, Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - Məmmədyarov

“Ermənistan etiraf etməsə də, Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - Məmmədyarov

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır".

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, həmsədrlərin təklifinə əsasən yaxın 2-3 ay ərzində Ermənistanın XİN rəhbəri ilə növbəti görüş keçiriləcək:

"Bütün hallarda münaqişənin həlli üçün erməni qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır. Digər məsələlər müzakirə oluna bilər. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan etiraf etməsə də, Azərbaycanın ərazi bütövlüyünü tanıyır".

E.Məmmədyarov qeyd edib ki, bu məsələ Vaşinqtonda müzakirə olunub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA