Ermənistan polisi xüsusi vasitələrdən istifadə etdi – MÜXALİFƏTÇİ DEPUTAT YARALANDI - FOTOLAR

Ermənistan polisi xüsusi vasitələrdən istifadə etdi – MÜXALİFƏTÇİ DEPUTAT YARALANDI - FOTOLAR

Hurriyyet.org xəbər verir ki, Ermənistan polisi bu gün nümayişə çıxan etirazçılara qarşı xüsusi vasitələrdən istifadə edib.

Epress.am saytında yazılan son məlumata görə (saat 16:36) etirazçıların lideri deputat Nikol Paşinyan tikanlı məftilləri dəf edərkən əllərini zədələyib. Erməni jurnalistlər ona tikiş qoyula biləcəyini, göz ətrafında da zədələnmələrin olduğunu bildiriblər. Nümayişlər zamanı ən azı 8 nəfərin zərər çəkdiyi bildirilir.

Polis etirazçılara qarşı xüsusi vasitələrdən istifadə edib: partıltı səsləri eşidilib, ətrafı tüstü bürüyüb. Epress.am saytının müxbiri polisin işıq-küy qumbaralarında istifadə elədiyini bildirib. Bəzi nümayişçilərin qulaq pərdələri partlayıb, qulaqlarından qan axmağa başlayıb.

Ermənistanda kütləvi etirazların əsas səbəbi prezident kürsüsünü tərk edərək yenidən baş nazir seçilmək ərəfəsində olan Serj Sarkisyanın bu yolla hakimiyyətini davam etdirməsidir. Parlamentdə əksəriyyət təşkil edən Ermənistan Respublikaçılar Partiyası onun baş nazir postuna namizədliyini irəli sürüb. Xatırladaq ki, 2015-ci ildə Ermənistan Konstitusiyasında edilən dəyişiklikdən sonra ölkə aprel ayından etibarən parlament idarəçilik sisteminə keçib – yəni ölkədə əsas söz sahibi baş nazir olacaqdır. Sarkisyan prezident postunu maksimum yol verilən qədər – yəni dalbadal iki dəfə tutduqdan sonra bu vəzifəni tərk edib.

Hurriyyet.org

Loading...

QALEREYA