​Ermənistan qarışır: MÜXALİFƏT YENİ HƏRƏKATLA HƏDƏLƏDİ

​Ermənistan qarışır: MÜXALİFƏT YENİ HƏRƏKATLA HƏDƏLƏDİ

Yanvarın 19-u yaxınlaşdıqca işğalçı ölkədə daxili gərginlik artır; bahalıq əleyhinə kütləvi etirazlar siyasi etirazlara çevrilə bilər; “Ermənistana investisiya yatırımı ildən-ilə azalır, ölkədən kapital axını güclənir, Ermənistan borc içində çabalayır” - yerli iqtisadçılardan SOS siqnalı...

“Ac qılınca çapar” deyilir Azərbaycan atalar məsəlində. Ancaq bu məsəl indi ən çox Ermənistandakı sosial-iqtisadi durumla bağlı yada düşür. Xəbər verdiyimiz kimi, təzə il başlayan kimi işğalçı ölkədə zəruri ərzaq məhsullarının qiyməti qalxmağa başlayıb. Səbəb həm də yanvarın 1-dən vergi və aksiz dərəcələri ilə bağlı bəzi qanunverici aktların qüvvəyə minməsi ilə bağlıdır.

Təbii ki, daxildəki idarəçiliyin korrupsioner və monopolist xarakteri də öz rolunu oynayır. Bütün hallarda onsuz da səfalət içində yaşayan erməni əhalisinin sosial-iqtisadi durumunun nəticə etibarilə daha da ağırlaşması göz qabağındadır.

Bu arada parlamentdəki müxalifətçi “Yelk” fraksiyasının təşəbbüsü ilə bahalaşma əleyhinə yanvarın 19-a təyin edilmiş kütləvi aksiyaya - etiraz marşına hazırlıq davam edir. Siyasi müşahidəçilərə görə, etiraz aksiyası daha geniş sosial təbəqələri əhatə edə və siyasi tələblərlə də müşayiət oluna bilər.

Sarkisyan ile ilgili görsel sonucu

Məsələn, bu bir faktdır ki, hakim Sətrkisyan rejimindən indiki və keçmiş əsgər anaları, habelə hərbi xidmətdən möhlət hüququ ləğv edilmiş gənclər də bərk narazıdır. Bu yandan da bahalığın qaçılmaz elədiyi yeni çətinliklər, daha dözülməz hala gələn həyat şəraiti.

*****

“Prezident Serj Sərkisyanın qiymətlərin yumşaldılmasına yönəlik 10 yanvar müşavirəsi imitasiya xarakteri daşıyır”. “Yeni Müsavat”ın aravot.az saytına istinadən verdiyi məlumata görə, bunu adı çəkilən fraksiyanın və İrəvan Ağsaqqallar Şurasının üzvü David Xajakyan ölkədə bahalaşma dalğası ilə bağlı situasiyanı şərh edərkən deyib.

“Aydındır ki, həmin toplantı başlanan etiraz dalğasına müəyyən cavabdır, amma özündə böyük imitasiya komponenti daşıyır. Söhbət bahalaşmanı yumşaltmaqdan gedir, ancaq bu bahalığı elə hakim partiyanın daxili iqtisadi siyasəti yaradıb. Bahalaşmanı necə önləmək haqda düşünmək əvəzinə, onlar tapşırıq verirlər ki, onu necə yumşaltmaq olar? Bahalaşmanı yumşaltmaq yox, dayandırma lazımdır”, - deyə erməni deputat bildirib.

armenia protest ile ilgili görsel sonucu

Onun sözlərinə görə, qiymət artımının qarşısını öncədən almaq olardı və ölkə prezidenti məhz bununla bağlı göstəriş verməli idi, yəni “gəlirə görə vergilərin və aksizlərin artırılmasını sıfırlamalı idi”.

Ölkədəki bahalaşmaya qarşı 19 yanvarda başlanacaq kütləvi etiraz aksiyasından danışan deputat yeni düzəlişlərin ləğvi uğrunda mübarizə aparacaqlarını da anons edib. “Mən düşünürəm ki, bu dəyişikliklərə nail olmaq üçün müvafiq baza var. Aydındır ki, hakimiyyət tələbimizə qoşulmasa, hərəkat daha da böyüyəcək. Onun startı isə yanvarın 19-da veriləcək”, - deyə müxalif siyasətçi faktiki, hakim rejimi hədələyib.

*****

“Ermənistanda ərzaq məhsullarının qiymətində artım getdikcə daha qabarıq şəkildə hiss edilməkdədir. Artım əhalinin 75%-nə təsir edir. Ölkə əhalisi gəlirlərinin təxminən yarısını qidaya sərf edir. Halbuki Avropada bu rəqəm 25-30 faizdir”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə İrəvanda jurnalistlərə açıqlamasında sosioloq Aqaron Adibekyan deyib.

Onun sözlərinə görə, inflyasiya Ermənistanda istehlakın səviyyəsinə və keyfiyyətinə dərhal neqativ təsir edir: “Çünki qiymət artımına uyğun əməkhaqqı və pensiyalar indeksasiya edilmir. Pensiyalar, əməkhaqqılar artırılmır, ölkə borc içində üzür. Xarici borcumuz 7 milyard dollara yaxınlaşır. Bizə borc verməyəcəklər, biz borc içində yaşayan ölkəyik”.

İqtisadçı ekspert həmçinin, guya ölkədə vətəndaşların iqtisadi aktivliyi hesabına işsizliyin azalması barədə rəsmi statistikaya inanmadığını qeyd edib.

*****

Öz növbəsində sabiq prezident Levon Ter-Petrosyanın başçılıq elədiyi Erməni Ümummilli Hərəkat Partiyasının iqtisadçısı Ovennsi İgityan Ermənistanda gündəlik tələbat malları və kommunal xidmətlərinin qiymətlərinin müəyyənləşməsində korrupsiya mexanizmlərinin rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, Ermənistan vətəndaşları regionun digər ölkələri və hətta Avropa ilə müqayisədə gündəlik tələbat mallarına daha çox pul xərcləyirlər.

“Bu, xeyli dərəcədə onunla bağlıdır ki, Ermənistanda kommunal tariflər müxtəlif korrupsiya sxemləri və maxinasiyalar sayəsində süni şəkildə şişirdilib. Mövcud vəziyyət ölkəni potensial investorlar üçün olduqca qeyri-cazibədar edir. Özü də elə bir zamanda ki, son illər Ermənistan iqtisadiyyatına xarici sərmayələrin həcmi durmadan azalmaqdadır. Paralel surətdə ölkədən kapital axını güclənib. Çünki bir çox erməni biznesmenlər ölkə iqtisadiyyatına sərmayə yatırmaq istəmirlər” - İgityan vurğulayıb.

armenia protest ile ilgili görsel sonucu

Erməni iqtisadçının qənaətincə, 2018-ci ildə və ondan sonra ölkədə inflyasiya güclənəcək. “Hakimiyyət isə daxili subyektiv faktorları aradan qaldırmağa səy göstərməmək azmış kimi, üstəlik, daxili bazarı xarici obyektiv siyasi və iqtisadi faktorlardan qorumur”, - deyə o, sonda əlavə edib.

*****

Erməni sosioloq və iqtisadçıların həyəcan təbili çaldıqları hazırkı ağır sosial-iqtisadi durumun, ölkədən kapital axını və az sərmayə qoyulmasının, güclənməkdə olan inflyasiyanın baş səbəbi sözsüz ki, həll olunmamış Dağlıq Qarabağ problemidir. Odur ki, iqtisadçılar da daxil, Ermənistan ilk növbədə blokada şəraitindən çıxmaq, qonşu Türkiyə və Azərbaycanla normal iqtisadi-ticari əlaqələr qurmaq barədə düşünməlidirlər.

Bu yöndə hələ ki təşəbbüs yoxdursa, demək, işğalçı ölkə ən azından, çox gərgin bir yanvardan - “qara yanvar”dan keçməli olacaq. /musavat.com/

Loading...

QALEREYA