Ermənistan Rusiyadan yeni silah krediti ala bilər - NAZİRİN BƏYANATI

Ermənistan Rusiyadan yeni silah krediti ala bilər - NAZİRİN BƏYANATI

Cari 100 milyon dollarlıq sazişin həyata keçirilməsindən sonra Ermənistan Rusiyadan yeni silah krediti ala bilər.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bunu RİA “Novosti”yə verdiyi açıqlamada Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

“Bu mümkündür. Konkret olaraq söhbətin hansı silahlardan getməsi barədə danışmaq tezdir”, - IDEX-2019 silah sərgisinin gedişində jurnalistin sualını cavablandırarkən Tonoyan əlavə edib.

Nazir deyib ki, Ermənistan 2019-cu ilin sonlarında – 2020-ci ilin əvvəllərində Rusiyadan dörd ədəd Su-30SM qırıcısı almaq niyyətindədir. “Ümumilikdə isə, 12 belə təyyarənin alışı arzu ediləndir”, - Tonoyan vurğulayıb.

Qeyd edək ki, Ermənistan müntəzəm olaraq Rusiyadan silah kreditləri alır. 100 milyon dollar ümumi məbləği olan son belə saziş Ermənistan parlamenti tərəfindən 2017-ci ilin sonlarında ratifikasiya edilib.

Daha öncə Yerevan Moskvadan 200 milyon dollar məbləğində silah krediti almışdı.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA