Ermənistan Rusiyanın “qaz qarmağı”nda: “Qazprom”un İran qısqanclığı və Moskvadan gileyli ermənilər - TƏHLİL

Ermənistan Rusiyanın “qaz qarmağı”nda: “Qazprom”un İran qısqanclığı və Moskvadan gileyli ermənilər - TƏHLİL

Armtimes.com (Ermənistan), 05.12.2017

Ermənistan hökuməti noyabrın 30-da hələ dörd il əvvəl Ermənistan və Rusiya arasında imzalanmış sazişə dəyişikliklər edilməsi haqda protokolu bəyənib – protokola uyğun olaraq Ermənistana tədarük edilən qazın qiyməti 2018-ci ilin axırınadək eyni cür qalacaq.

Ermənistan qazı Rusiyadan hər min kubmetrə görə 150 dollar qiymətə alır. Lakin bu, nəzəridir. Praktiki olaraq Ermənistan qazı bu qiymətə almır. Qazı bu qiymətə Rusiyanın “Qazprom” dövlət korporasiyasının mülkiyyəti olan “Qazprom-Ermənistan” şirkəti alır. Başqa sözlə, Rusiya qazı 150 dollara özünə məxsus şirkətə satır, sonra isə onu daha baha qiymətə Ermənistana, erməni istehlakçılara bir də satır.

Qazın qiyməti mövzusu Ermənistanın Rusiya ilə münasibətlərində yeni məlahət əldə edib. Məsələ burasındadır ki, erməni istehlakçılar qaz üçün Rusiya istehlakçılarından bir neçə dəfə çox pul ödəyirlər. Bu, Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü, yəni Rusiya ilə vahid iqtisadi məkanda olana qədər normal idi. Yəni hazırda erməni istehlakçısı və Rusiya istehlakçısı sırf iqtisadi mənada eyni iqtisadi qaydaların qüvvədə olduğu “eyni rayonda yaşayırlar”. Məsələn, əgər Rostovda fəaliyyət göstərən təsərrüfat öz məhsulu üçün qiyməti 45 dram təşkil edən qaz işlədirsə, Yexeqnadzorda fəaliyyət göstərən təsərrüfat isə qazı 120 drama alırsa, onda bu, “vahid iqtisadi məkan”ın məntiqinə birbaşa ziddir. Əgər bu iqtisadi məkanda azad qaz bazarı yoxdursa, onda vahid tarif qüvvədə olmalıdır. Əks halda belə çıxır ki, Rusiya hökuməti aşağı qiymətə qazla Rusiya ərazisində fəaliyyət göstərən təsərrüfatlara maddi yardım edir. İqtisadi məntiq isə təlqin edir ki, RF hökuməti bununla da sadəcə, erməni istehlakçılara “atır”.

Baş nazir Karen Karapetyanın Ermənistan hökumətinin emal müəssisələri, aztəminatlılar, sərhədyanı kəndlər üçün güzəştləri saxlayacağı haqda bəyanatı, yumşaq şəkildə deyilsə, ruhlandırıcı səslənmir. Ermənistan emalçıları hətta hökumətin comərdliklə verdiyi güzəştlərdən sonra da qaza görə rusiyalı həmkarlarından, ən azı, iki dəfə çox pul ödəyirlər. AİB-də girdikdən sonra isə Ermənistan iş adamlarının əsas rəqibləri məhz bu “həmkarlar”– Rusiya emalçılarıdır. Ermənistan iş adamları beləliklə AİB ərazisində, “bu 180 milyonluq bazarda” lap bu başdan qeyri-rəqabət qabiliyyətli olurlar.

Ermənistana qonşu ölkənin – İranın ən böyük qaz ehtiyatlarından birinə sahib olduğu və artıq iyirmi ildir Ermənistanın qaz bazarına çıxmağa çalışşdığı və bunu heç cür edə bilmədiyi nəzərə alınsa, durum daha da “məlahətli” olur. Ermənistan tərəfi daxili istehlak üçün qaz alışı haqda İranla hətta rəsmən danışıqlar da aparmır. Danışıqlar aparmır, çünki bu, “Qazprom”u və onun sahibini – RF-i hərfi mənada əsəbiləşdirir.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin son səfəri zamanı İran daxili istehlak üçün Ermənistana hazırda Rusiyadan aldığından xeyli dərəcədə aşağı qiymətə qaz tədarükünə razılıq verib. Hətta məlumatlar var ki, Gürcüstan da daxili istehlak üçün İrandan qaz ala bilər və bu qaz, təbii şəkildə Ermənistan ərazisindən nəql olunacaq.

Sövdələşmə baş tutsa, Ermənistan zəruri qazın 30%-ini İrandan alacaq və İran-Ermənistan qaz kəmərinin imkan verdiyi qədər daha bir miqdar tranzitlə Gürcüstana göndəriləcək. Bəzi ekspertlər hesab edirlər ki, Rusiya mətbuatında son günlərin antiermənistan isteriyası təkcə Ermənistan-AB sazişinin imzlanmasıyla deyil, həm də Ermənistanla İran arasında mümkün sazişlə bağlıdır.

Ermənistan və İranın daxili istehlak üçün İran qazının Ermənistana tədarükü ətrafında rəsmi danışıqlar aparmadığına baxmayaraq bu cür qeyri-rəsmi danışıqlar həmişə gedib. İran məmurları dəfələrlə bildiriblər ki, qaz tədarük etməyə hazırdırlar və hətta aydınca eyham vurublar ki, qazı deyli dərəcədə aşağı qiymətə göndərəcəklər. Amma “Qazprom” buna heç cür razılaşmır və hətta cüzi güzəştlərə də getmir.

Bir məzəli fakt. İran hökuməti hələ iki il qabaq Mehri şəhərinin və Aqarakın bir hissəsini qazlaşdırmağı təmin etməli olan Ermənistana iki milyon dollar məbləğində qrant ayırıb. Boru kəməri və daxili şəbəkə inşa olunub, dekabrın 21-də bu şəhərlərin “qazlaşdırmasının başa çatması” təqdimatı olub, simvolik məşəl yandırılıb və … və vəssalam. Mehri və Aqarak sakinlərinin indiyədək qazı yoxdur. Şübhəsiz, hamıya aydındır ki, hətta bu iki balaca şəhər bu sadə səbəbdən qaz almır ki, bu, “Qazprom”a və onun sahibinə xoş gəlmir.

Tərcümə Strateq.az-ındır.

  • Hamısı
  • Loading...