Ermənistan təşvişdə — Azərbaycan sözdən hərəkətə keçir

Ermənistan təşvişdə — Azərbaycan sözdən hərəkətə keçir

Cəbhə xəttində vəziyyət gərginləşir.

Ermənistan tərəfi bir neçə dəfə təxribat törətsə də, Azərbaycan təxribatlara uymur və səbr göstərir. Bu isə qarşı tərəfi əməlli başlı qorxuya salıb.

Bu yaxınlarda isə Azərbaycan və Ermənistanın XİN rəhbərləri ABŞ-da görüş keçirəcək. Bunun ardınca isə Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü baş tuta bilər.

Ermənistanda isə düşünürlər ki, Azərbaycan artıq danışıqlara inanmır və münaqişənin həllini yalnız hərbi yolda görür. Buna görə də Azərbaycan bu varianta hazırlaşır. Erməni hərbi ekspert Ayk Naqapetyan bildirir ki, Azərbaycan hərbi təlimlərin sayını planlaşdırılandan iki dəfədən çox artırıb. Planda 7 təlim olsa da, artı1 say 13-ə çatıb. Bundan başqa ekspret Azərbaycanın NATO və Türkiyə ilə cəbhədə gərginliyin olduğu bir vaxtda görüşlərini də dilə gətirir.

“Belə intensivlik 2016-cı ilin fevral-mart aylarında da müşahidə edilib. Aprel ayında isə hərbi əməliyyatlar başladı. Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır. Genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq gedir. Onun bunu edib-etməyəcəyi isə başqa söhbətdir”, - deyə hərbi ekspert bildirib.

Ayk eyni zamanda bildirib ki, Qarabağ separatçıları ilə Ermənistan rəhbərliyinin arasındakı qarşıdurma da Azərbaycanın lehinədir:
“Erməniləri ağlara və qaralara, qarabağlılara və ermənistanlılara, köhnələrə və yenilərə bölmək də bizə ziyandır”. \\Ölkə.Az