Ermənistana keçən Qazax sakininə görə naziri təhdid ediblər - Zeynalyan hüquq-mühafizə orqanlarına şikayət etdi

  • 2019-03-27 15:00:34
  • |
  • Aktual /

Ermənistana keçən Qazax sakininə görə naziri təhdid ediblər - Zeynalyan hüquq-mühafizə orqanlarına şikayət etdi

Bir neçə həftə əvvəl Ermənistana keçən Qazax sakini, 2-ci qrup əlil olan (ruhi xəstədir) Elvin İbrahimova görə bu ölkənin ədliyyə naziri Artak Zeynalyan ölüm təhdidləri alıb. Və hüquq-mühafizə orqanlarına şikayət edib.

Erməni KİV-ləri xəbər verir ki, Artak Zeynalyan təhdid edildiyi haqda xəbərləri təsdiqləyib.

“Bəli, mən cinayət barədə xəbər vermişəm”-nazir jurnalistlərlə söhbətində ona və ailəsinə təhdidlər edildiyi barədə xəbərləri şərh edərkən bildirib.

Artak Zeynalyan onu sosial şəbəkələrdə təhdid edən şəxsin ancaq öz mövqeyini ifadə etdiyini, heç kimi təhdid etmədiyi barədə dediklərinin KİV-lərə sızdırılmasından təəsüfləndiyini bildirib. Deyib ki, təhdidlər onun sərhədi keçən azərbaycanlı ilə bağlı ötən brifinqdə səsləndirdiyi fikirlərindən sonra edilib. “Və təkcə təhdidlər deyil”-Zeynalyan əlavə edib. Nazir deyib ki, onu təhdid edən sosial şəbəkə istifadəçiləri barədə məlumatları hüquq-mühafizə orqanlarına verib.

KİV-lərin məlumatlarına görə nazirin barəsində şikayət etdiyi şəxs Tavuş vilayətinin Berdavan kəndinin 35 yaşlı sakini Xoren Aslanyandır. Aslanyan ötən il Azərbaycana keçən və tutulan, bu günlərdə Gəncə məhkəməsi tərəfindən 20 il həbsə məhkum edilən diversant Karen Kazaryanın qohumudur. Armlur.am saytına açıqlamasında o bildirib ki, nazirin brifinqdə dediklərindən hiddətlənib. Artak Zeynalyan həmin brifinqdə deyib ki, əgər sərhədi keçən azərbaycanlının mülki şəxs olduğu istintaq tərəfindən sübut edilsə onu geri qaytara bilərlər.

“Mən Facebook-da şərh yazdım ki, bizim qohumumuz da mülki şəxsdir, amma düşmən onu geri vermir. Siz azərbaycanlını geri qaytarsanız necə rahat yatacaqsınız? Görünür bu sözlər təhdid kimi qarşılanıb”-Aslanyan deyib./virtualaz.org/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA