Ermənistanda hərbçi intihar etdi

Ermənistanda hərbçi intihar etdi

Ermənistanda hərbçi intihar edib.

Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan bildirib.

Adı açıqlanmayan hərbçi Tavuş vilayətinin kəndlərindən birində yerləşən hərbi hissədə müqavilə əsasında xidmət edirmiş. Hərbçinin meyitini qardaşı aşkarlayıb. O, qonşuları, onlar isə polis və təcili tibbi yardımı çağırıblar.

Hüquq-mühafizə orqanları intiharın səbəbini araşdırır./report/